Bütün xəbərlər
7 may, 16:56

“Rabat Mədəni İrsin Qorunması Fondu, Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Qardaşlaşmış proqram” vasitəsilə qlobal vətəndaşlığı və qarşılıqlı anlayışı təşviq etmək istiqamətində birgə öhdəliyi əks etdirir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev 132–134 nömrəli Təhsil Kompleksində Mərakeş Krallığının Şahzadəsi Lalla Hasnaanın Azərbaycana işgüzar səfəri çərçivəsində təşkil olunan tədbirdə səsləndirib.

Nazir bildirib ki, pilot layihə 132–134 nömrəli Təhsil Kompleksində həyata keçiriləcək, lakin proqram ümumilikdə Bakının beş və Rabatın beş məktəbini bir araya gətirəcək:

“Onlar birgə öyrənmə təcrübələri, mədəni araşdırmalar və şagird təşəbbüsləri vasitəsilə əlaqələndiriləcək. Bu təşəbbüs gəncləri öz mədəni irslərini araşdırmağa, qorumağa və qeyd etməyə ruhlandırır, eyni zamanda şəhərlərarası körpü rolunu oynayır”.

Nazir əlavə edib ki, 2025–2026-cı tədris ili ərzində bu qardaşlaşmış məktəblər “Mirasını kəşf et” adlı təhsil proqramında iştirak edəcəklər. Proqram dörd əsas komponent ətrafında formalaşdırılıb.

Həmin komponentlər haqda ətraflı məlumat verən Emin Əmrullayev qeyd edib ki, irs formalarının öyrənilməsi və təqdimatı komponenti üzrə  şagirdlər öz memarlıq, ədəbiyyat və ənənəvi sənət nümunələrini araşdırıb təqdim edəcəklər. Poeziya vasitəsilə irsin ifadəsi üzrə öz duyğu və düşüncələrini şeirə çevirərək mədəni irsin poetik təsvirini hazırlayacaqlar. İncəsənət vasitəsilə irsin yenidən yaradılması komponenti üzrə  rəsm, heykəl və digər incəsənət növlərində intellektual və estetik yanaşmalar tətbiq ediləcək. Məsuliyyətli turizm mövzusunda esse yazılması üzrə isə şagirdlər yerli turizm məkanlarının tarixini, ekologiyasını və sosial-mədəni kontekstini təhlil edərək esse hazırlayacaqlar. 

Emin Əmrullayev qeyd edib ki, bu fəaliyyətlər tənqidi düşüncə, yaradıcılıq və qlobal şüurun inkişafına, eyni zamanda Rəbatdan Bakıya qədər şagirdlər arasında mədəni dialoqun güclənməsinə xidmət edəcək.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.