Bütün xəbərlər
7 may, 17:30

Dəniz Abdullazadə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Bu il Respublika fənn olimpiadasında qazandığı qızıl medal onun həm böyük sevincinə səbəb, həm də illərdir çəkdiyi zəhmətin bəhrəsi olub. 

“Əziyyətimin bəhrəsini görmək qürurverici hissdir”, – deyə Dəniz qürurla qeyd edir.

Uğur təsadüfən gəlmir. Dəniz bu nailiyyətin arxasında planlı və məqsədyönlü əmək dayandığını vurğulayır: “Demək olar ki, bütün günümü hazırlığa ayırırdım. Sistemli şəkildə çalışırdım”. 

Bu uğurun təməli isə hələ uşaqlıqdan qoyulub. Dəniz ana dilinə xüsusi marağının kiçik yaşlarından formalaşdığını, kitab oxumağı sevdiyini və bu marağın onu daim irəli apardığını bildirir.

Olimpiadaya hazırlaşarkən çətinlikləri də az olmayıb. Əsasən vaxt çatışmazlığı və digər dərslərlə balans yaratmaq çətinliyi ilə üzləşib. Lakin düzgün planlaşdırma, ailəsinin və müəllimlərinin dayaq kimi yanında olması bu çətinliklərin öhdəsindən gəlməsinə imkan yaradıb: “Ailəmin və müəllimlərimin mənə inamı böyük motivasiya mənbəyi idi”.

Dəniz üçün həm ana dili, həm də xarici dillər ayrı-ayrılıqda önəmlidir: “Ana dili doğma dilimizdir və mənim üçün çox dəyərlidir. Xarici dil isə dünyaya açılmaq üçün vacib vasitədir. Hər iki fənn düşünmə və özünüifadə bacarığımı inkişaf etdirdi”.

Müəlliminin uğur yolundakı rolu isə danılmazdır. Dəniz bunu xüsusi vurğulayaraq bildirir.

O, gələcəkdə hüquq təhsili almağı, xüsusilə ADA Universitetində oxumağı qarşısına məqsəd qoyub. Uğur üçün təkcə istedadın kifayət etmədiyini, zəhmət və düzgün istiqamətlə inkişafın da əsas olduğunu düşünür: “İstedad vacibdir, amma onu inkişaf etdirmək üçün zəhmət və səbir də olmalıdır”.

Boş vaxtlarını musiqi dinləyərək, yürüş edərək və bəzən düşüncələrini, məqsədlərini yazaraq keçirən Dəniz üçün bu fəaliyyətlər həm rahatlıq, həm də motivasiya mənbəyidir.

Sonda Dəniz ona daim dəstək olanlara – 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayevə və fənn müəllimi Səidə Məmmədovaya da xüsusi təşəkkürünü bildirir. Bu uğurun arxasında onların diqqət və inamının dayandığını deyir.

Qeyd edək ki, Respublika fənn olimpiadasının nəticələrinə əsasən, Gəncə - Daşkəsən regionu üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən 1 şagird qızıl, tarix fənnindən 3 şagird gümüş, tarixdən 4, biologiyadan 1, Azərbaycan dili və ədəbiyyat fənnindən 1 nəfər olmaqla, ümumilikdə 6 şagird bürünc medala layiq görülüb.

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.