Bütün xəbərlər
7 may, 14:44

Bu gün biz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş və artıq 16-cı dəfə təşkil edilən “Azərbaycanşünaslığın aktual məsələləri: yeni dövrün Azərbaycanı” mövzusunda beynəlxalq elmi konfransımızı keçiririk. Konfrans son iki ildir ki, “Yeni dövrün Azərbaycanı” devizi altında təşkil olunur. Bu, Ulu Öndərin azərbaycançılıq ideologiyası fonunda formalaşan milli kimliyimizin təhlili, müasir Azərbaycanın keçdiyi inkişaf yolu və regionda tutduğu strateji mövqeyin elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev deyib. O bildirib ki, builki konfransda Türkiyə, Estoniya, Gürcüstan, Özbəkistan və digər ölkələrdən nümayəndələr iştirak edir: “Qonaqlar arasında Gürcüstanın Kutaisi Universitetinin, Özbəkistanın Ürgənc Universitetinin, Türkiyənin Qars Qafqaz Universitetinin rektorları yer alır. Eyni zamanda, Azərbaycanın bir çox ali təhsil müəssisələrindən alimlər və tədqiqatçılar bu tədbirdə iştirak edir.

Konfrans çərçivəsində yalnız elmi müzakirələr deyil, həm də Bakı Slavyan Universitetinin tərəfdaş universitetlərlə əməkdaşlığı dərinləşdirmək istiqamətində konkret addımlar atılır. Bir ay əvvəl Özbəkistanda Daşkənd Dövlət Pedaqoji Universiteti ilə keçirilən görüşlərdə 2025-2026-cı tədris ilindən etibarən universitetimizdə özbək dilinin tədrisinə başlanacağı qərara alınıb. Həmçinin Kutaisi Universiteti ilə xarici dillər üzrə – ingilis, fransız, alman və digər dillərdə birgə layihələr və müəllim-tələbə mübadiləsi imkanları geniş müzakirə olunub”.

Rektor qeyd edib ki, Bakı Slavyan Universiteti tərəfdaşlıq etdiyi bir sıra xarici universitetlərdə də mühazirələr təşkil edir: “Bu ilin aprel ayında Albaniyada Tirana Universitetində, Bolqarıstanda isə Sofiya Universitetində “Yeni dövrün Azərbaycanı” və “Azərbaycanın regional lider və strateji tərəfdaş rolu” mövzusunda mühazirələr keçirilib. Məqsədimiz Azərbaycanın qazandığı nailiyyətləri, qələbələri və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan güclü Azərbaycan modelini daha geniş auditoriyalara çatdırmaq, eyni zamanda, bu istiqamətdə beynəlxalq elmi araşdırmaları təşviq etməkdir”.

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.