Bütün xəbərlər
4 iyun, 15:45

Azərbaycan Dillər Universitetində (ADU) doktorantura səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mühüm görüş baş tutub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi Könül Vaqif qızı Mikayılova və həmin şöbənin elmi işçisi Gülnarə Vilayət qızı Şahmuradovanın “Ali təhsilin doktorantura səviyyəsinin kurikulumunun hazırlanması” mövzusunda apardıqları elmi-tədqiqat çərçivəsində keçirilib.

Görüşdə Azərbaycan Dillər Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva, Elm şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Rafiq qızı İmanova, Doktorantura şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Nərgiz Qarayeva və universitetin doktorantları iştirak ediblər.

Görüş zamanı doktoranturaya qəbul və doktorluq imtahanlarının universitet tərəfindən həyata keçirilmə mexanizmi, doktorantların attestasiyası prosesi, professor-müəllim tərəfindən tədris materialları və digər resursların idarə edilməsi məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanda doktorant hazırlığında kredit sisteminə yanaşma, doktorantura səviyyəsinin qurulmasında əsas prinsiplər, nəzəri və praktik biliklər üzrə kurikulumun balanslaşdırılması məsələləri müzakirə olunub.

Eyni zamanda, doktorantlar tərəfindən əsas və seçmə fənlərin müəyyənləşdirilməsi, elmi rəhbərlərin seçimi üçün meyarlar, tədqiqat institutları və digər tərəfdaş qurumlarla əməkdaşlıq məsələlərinə dair bir sıra təkliflər irəli sürülüb.

Görüşdə tərəflər doktorantura təhsilinin keyfiyyətinin artırılması, kurikulumun müasir tələblərə uyğunlaşdırılması və ali təhsil səviyyəsində elmi fəaliyyətin daha da səmərəli təşkilinə dair qarşılıqlı fikir mübadiləsi aparıblar.

1 /2

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.