Bütün xəbərlər
5 iyun, 09:42

4 iyun 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə açan AHİK sədrinin müşaviri Orxan Ərəbov bildirib ki, Təhsilin İnkişafı Fondu ilə imzalanan əməkdaşlıq müqaviləsi tələbələrin sosial rifahının artırılması və onlara daha geniş imkanların təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən dosent Yusif Ağayev bildirib ki, “Kapital Bank” və “Visa” şirkətinin dəstəyi ilə həyata keçirilən “TələbəPlus” layihəsi tələbələrə eyni anda həm universitetə giriş-çıxış, həm təqaüd və debet ödənişləri, həm də müxtəlif sahələrdə güzəşt və keşbek imkanları təqdim edir. Akademiya olaraq bu cür tələbəyönümlü təşəbbüslərin hər zaman dəstəklənəcəyini bildirən Yusif Ağayev layihənin imkanlarının tələbələr üçün maksimum dərəcədə əlçatan edilməsinə çalışılacağını qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək qeyd edib ki, “TələbəPlus” layihəsi gənclərin təhsil və sosial həyatında dəyişikliklərə səbəb olacaq innovativ təşəbbüsdür. O vurğulayıb ki, layihə vasitəsilə tələbələr həm təhsil prosesində, həm də gündəlik həyatda müxtəlif üstünlüklərdən faydalanacaq, eyni zamanda, sosial-iqtisadi cəhətdən daha aktiv və müstəqil ola biləcəklər. Elnur Nəsibov bildirib ki, Təhsilin İnkişafı Fondu ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirərək “TələbəPlus” kartının əhatə dairəsini ölkə üzrə daha çox tələbəyə çatdırmağı hədəf kimi müəyyənləşdirib.

Çıxış edən AƏSMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova birgə əməkdaşlığın beynəlxalq əlaqələrinin genişlənməsinə dəstək verəcəyini və yeni təhsil layihələrinə yol açacağını diqqətə çatdırıb.

Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondunun Layihələrin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova “TələbəPlus” kartı barədə iştirakçılara geniş məlumat təqdim edib.

1 /9

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.