Bütün xəbərlər
11 iyun, 12:35

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə keçiriləcək test imtahanı mərhələsində “Xarici dil” (Alman dili) ixtisası üzrə iştirak edəcək namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.

Bu barədə “Azərbaycan müəllimi” Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir.

Bildirilir ki, namizədlər oxuyub-anlama üzrə 15, leksikologiyadan 8, dil qaydaları üzrə isə 17 suala cavab verməlidirlər.

Məzmun sahələri üzrə mövzular

1. Oxuyub-anlama
•    Cümlə, dialoq və ya mətn qurmaq
•    Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
•    Cümləni parafraz etmək
•    Mətnin əsas fikrini, ideyasını tapmaq
•    Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
•    Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
•    Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək və ya mətnə aid olmayan fikirləri tapmaq
•    Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək, yaxud başlığa uyğun düzgün mətn seçmək

2. Leksikologiya
•    Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
•    Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
•    Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
•    Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

3. Dil qaydaları
3.1. Morfologiya
•    Artikl: müəyyən və qeyri-müəyyən artikllar; isimlərin artiklsız işlənməsi
•    İsim: mürəkkəb isimlər; isimlərin hallanması; isimlərin cəmlənməsi
•    Sifət: sifətlərin hallanması; sifətlərin isimləşməsi; sifətin dərəcələri; sifətin idarəsi
•    Əvəzlik: əvəzlik və mənaca növləri
•    Sözönü: sözönləri və mənaca növləri
•    Say: sayların mənaca növləri; sayların isim kimi işlənə bilməsi
•    Feil: feilin leksik və qrammatik məna növləri və formaları; məsdər qrupları
•    Zərf: əvəzlik zərfləri; zərflərin növləri
•    Bağlayıcı: tabesizlik bağlayıcılar; tabelilik bağlayıcılar; mürəkkəb bağlayıcılar

3.2. Sintaksis
•    Cümlə: sadə və mürəkkəb cümlələr (tabeli-tabesiz)
•    Cümlə üzvləri: cümlənin baş və ikinci dərəcəli üzvləri
•    Vasitəsiz nitq, vasitəli nitq
•    Cümlə və onun növləri
•    Budaq cümlə və növləri

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Tədris dilləri (Azərbaycan və rus), xarici dillər (ingilis, fransız, rus, alman) və Azərbaycan dili (dövlət dili) fənləri üzrə oxuyub-anlama bacarığının qarşısında qeyd edilən say mətnlərin miqdarını deyil, sualların miqdarını əks etdirir.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.