Bütün xəbərlər
19 iyun, 15:50

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Daha sonra Ümummilli Lider Heydər Əliyevin 25 il əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illiyi tədbirində universitetin professor-müəllim heyəti qarşısında çıxışı təqdim olunub.  

Tədbirdə çıxış edən rektor professor Ədalət Muradov UNEC-in tarixi inkişaf yolu, əldə etdiyi uğurlar və gələcək hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universiteti tarixi ilə seçilən universitetdir. “Azərbaycan ali təhsil tarixində bu qədər enişli-yoxuşlu yol keçən ikinci bir universitet yoxdur. Bütün enişli-yoxuşlu yollara baxmayaraq UNEC hər zaman Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiqlik nümayiş etdirib. Digər universitetlərdən fərqli olaraq UNEC köklü dəyişikliklərə məruz qalıb”. 

O qeyd edib ki, UNEC yeniliyə açıq və yeniliyə qadir olan universitetdir. Bu universitetin potensialını reallaşdırmaq üçün zəruri addımlara ehtiyac var. UNEC regionda ilk iqtisad universitet modelini həyata keçirir. Hazırda süni intellekt texnologiyalarının təhsilə inteqrasiyasını həyata keçirmək üzrə xarici tərəfdaşlarla birgə layihələr reallaşdırır.  

Rektor universitetin 95 illik yubileyi günündə beynəlxalq səviyyədə uğura imza atdığını, 2026-cı il QS Dünya Universitetlər Reytinqində 801-850-ci yerə yüksəldiyini deyib. 

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, iqtisad elmləri doktoru, akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və başqaları təbrik nitqləri ilə çıxış ediblər.

Daha sonra rektor Ədalət Muradov universitetin fəaliyyəti və gələcək hədəfləri ilə bağlı hesabat məzmunlu çıxış edib.

Birinci kvartil üzrə dərc olunmuş məqalələrin dinmaikasına diqqət yönəldən rektor nüfuzlu elmmetrik bazalarda indekslənən jurnallarda UNEC alimlərinin məqalələrinin sayının artığını deyib: “Son illərdə “Scopus” elmi bazasında indeksləşən elmi jurnallarda dərc olunan UNEC müəlliflərinin məqalələrinin sayı 161 dəfə artıb. Əcnəbi müəllimlərlə həmmüəllifliklə yazılmış məqalələrin sayı 641, “Web of Science”da məqalə sayı isə 165 dəfə artıb. Bu maqalələrə istinad sayı isə 272 dəfə yüksəlib”. Rektor məlumat üçün qeyd edib ki, “həm “Scopus”, həm də “Web of Science”ın özlərinin təsdiq etdiyi kimi, UNEC elmi məqalələrin artım tempinə görə dünyada liderdir. Nüfuzlu beynəlxalq bazalarda indeksləşən bazalarda çap edilmiş məqalələrin artım tempinə və həmin məqalələrə istinadların artım tempinə görə UNEC-lə dünyada rəqabət aparan ikinci universitet yoxdur”. 

Rektor qeyd edib ki, bu fikir 2 gün əvvəl İstanbulda keçirilən beynəlxalq konfransda dünyanın nüfuzlu elmmetrik bazası olan “Elsevier” təşkilatının nümayəndəsi tərəfindən də səsləndirilib. Elmi nəşrlərin sayına gəlincə, Ə.Muradov hazırda UNEC-də 7 jurnal dərc olunduğunu, son elmi nəşrlərin yaxın 3 ildə “Scopus” elm bazasına indekslənməsini hədəflədiklərini bildirib. 

Ə.Muradov qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetini fərqləndirən bir məqam da inklüziv təhsilə xüsusi önəm verməsidir. 
“Biz əlilliyi olan tələbələrin Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini təşviq etmişik. Bu barədə valideynlərə inklüzivliyi olan tələbələrin təhsilini təşkil edə biləcəyimizi çatdırmışıq. 10 il əvvəl universitetdə İnklüziv Təhsil Mərkəzi yaratmışıq. Hazırda universitetimizdə 76 inklüziv tələbə təhsil alır. Onların sayı bir neçə dəfə arta bilər”. 

Ədalət Muradov universitetdə 5 milyondan artıq elektron resursa malik kitabxana sisteminin, eləcə də 16 tələbə təşkilatının fəaliyyət göstərdiyini bildirib. 

Universitetin gələcəyindən danışan rektor əsas hədəflər arasında adaptiv təhsilin təmin olunması, rəqəmsallaşmanın tətbiqi, tələbə mərkəzli təhsilin, fərdi təhsil proqramının, süni intellektin tədrisinin, süni intellekt əsaslı tədqiqat modelinin (Türkiyənin Orta Doğu Texnik Universiteti ilə 3 illik əməkdaşlıq çərçivəsində) rəqəmsal elektron idarəetmə platformasının yardılmasını qeyd edib.

Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarına universitetin 95 illik yubileyinə həsr olunmuş paketlər təqdim olunub. Ali məktəbin tələbələri mədəni proqramla çıxış ediblər.

1 /17

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.