Bütün xəbərlər
23 iyun, 12:35

2025-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə fəaliyyət göstərən doktoranturalarda 3304 nəfər təhsil alır.

“Azərbaycan müəllimi” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, təhsil alanların 50,2 faizi qadındır. 

Hazırda 114 ali təhsil və elmi müəssisədə fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil davam etdirilir. Doktorantların 82,5 faizi fəlsəfə doktoru, 17,5 faizi isə elmlər doktoru proqramında oxuyur. Ən çox təhsil alanlar ali məktəblərin (68,4 faiz), qalanı isə elmi müəssisə və təşkilatların (31,6 faiz) payına düşür.

Fəlsəfə doktoru proqramında təhsil alanların 57 faizi 30 yaşadək gənclərdir. Elmlər doktoru proqramında isə bu rəqəm 28,4 faizlə 40 yaşadək şəxslərə aiddir.

İxtisas seçiminə gəlincə, fəlsəfə doktoru proqramında texnika (563 nəfər), iqtisad (550), filologiya (246), tibb (166), pedaqogika (165) və siyasi elmlər (155) üstünlük təşkil edir. Elmlər doktoru proqramında isə filologiya (134 nəfər), iqtisad (70), texnika (65), biologiya (58) və kimya (36) sahələri liderlik edir.

2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 18,4 faiz azalaraq 500 nəfərə düşüb. Əvəzində elmlər doktoru proqramı üzrə buraxılış 10,8 faiz artaraq 133 nəfərə çatıb. Həmin il müvafiq olaraq fəlsəfə doktoru proqramına 758, elmlər doktoru proqramına isə 106 nəfər qəbul olunub.

Bundan əlavə, ötən il 157 dissertant fəlsəfə doktoru proqramı üzrə təhkim edilib və onların 77,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramına isə 231 dissertant təhkim olunub ki, onların 132-si qadındır. Ən çox dissertant tibb, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya sahələrində qeydiyyata alınıb.

Şərhlər

Xəbər lenti

23 iyun, 17:29

Jurnalistikanın qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

23 iyun, 17:19

“Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” keçirilib

23 iyun, 16:54

“Sən bacararsan!” – Kiçik cümlənin yaratdığı böyük dəyişiklik

23 iyun, 16:45

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

23 iyun, 16:45

Təhsilin keyfiyyətinin artırılmasında metodik dəstəyin əhəmiyyəti

23 iyun, 15:45

“Ana dilini tədris etmək həm də azərbaycançılıq ideyasını aşılamaqdır” – MÜSAHİBƏ

23 iyun, 15:40

“Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci sayı işıq üzü görüb

23 iyun, 15:17

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 iyun, 15:12

Elnur Nəsibov: Qızların təhsili ilə bağlı layihələr çərçivəsində 350-yə yaxın gənc təqaüd alır

23 iyun, 15:05

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23 iyun, 15:01

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub

23 iyun, 14:30

Geomaqnit qasırğası gözlənilir

23 iyun, 14:20

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23 iyun, 14:15

Gəncə UGİŞM-in yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

23 iyun, 14:05

Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir

23 iyun, 13:50

Nazir: Qızların təhsilinə dəstək ölkənin inkişafı üçün strateji əhəmiyyət daşıyır

23 iyun, 13:26

Bahar Muradova: “Gənc qızların təhsilinə dəstək” layihəsi yüzlərlə gənc üçün yeni imkanlar açır

23 iyun, 12:52

Xaricidə ali təhsil alan 61 nəfər peşə tanınması üzrə imtahandan uğurla keçib

23 iyun, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.