Bütün xəbərlər
1 aprel, 12:18

Ali məktəbi bitirdikdən sonra tale onu çox uzaqlara – Niderlanda aparıb. Hazırda ailəsi ilə birlikdə Niderlandın Den Haaq şəhərində yaşayır. Vətəndən uzaqlarda yaşasa da, qəlbi hər an vətənlə döyünür. 

Hollandiyada səfərdə olarkən haqqında bəhs etdiyim bu xanım - Afət Yusibova ilə xeyli söhbətləşdik. Deyir ki, qərib ölkəyə alışmaq çox çətin olub ilk zamanlar, amma artıq yavaş-yavaş öyrənir. Sevdiyi müəllimlik peşəsini burada davam etdirmək üçün əvvəlcə Niderland dilini bilməli, sonra da bu ölkənin qanununa görə, diplomunu təsdiq etdirməlidir. 

Afət Yusibova Mingəçevirdə anadan olub, ixtisasca fizika müəllimidir. Vaxtilə “Hədəf” liseyinin Abşeron filialinda fizika müəllimi kimi çalışıb. Tale elə gətirib ki, həyat yoldaşının işi ilə bağlı buraya -  Niderlanda köçüblər. Hazırda yoldaşı “McDermott” şirkətində mexanik mühəndis vəzifəsində çalışır, iki oğlu da Niderlandda təhsil alır, biri 8, digəri 4-cü sinifdə. Hər ikisi həm də onun təşəbbüsü ilə yaradılan “Xarıbülbül” məktəbində oxuyur. Afət müəllim deyir ki, uşaqları holland dilini öyrənməkdə əziyyət çəkməyiblər. 

Afət xanım  Niderlandda çox sayda azərbaycanlının yaşadığını öyrəndikdən sonra unutmamaları üçün uşaqlara doğma dillərini öyrətmək qərarına gəlir. Və beləliklə, 15 nəfər şagirdlə yola çıxır, Azərbaycan Türk Kültür Dərnəyinin  binasında dərslərə başlayır. Bunun üçün Den Haqq şəhərindən adını çəkdiyimiz dərnəyə uzun bir yol qət edir: “Burada yaşayan azərbaycanlı ailələrin uşaqları  Niderland məktəblərində oxuyurlar. Düşündüm ki, uşaqlar ana dilimizdən uzaqlaşacaq, ona görə qərarına gəldim ki, onlara ana dilimizi, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi öyrədim. “Xarıbülbül” adlandırdığımız məktəbdə böyük həvəslə çalışıram. 2020-ci ildə torpaqlarımız işğaldan azad olundu. Biz də azadlıq rəmzi olan məktəbimizi “Xarıbülbül” adlandırdıq. Qoy Vətəndən uzaqlarda böyüyən uşaqlar kimliklərini unutmasınlar! Ana dilində danışmaq insanın soykökündən qopmaması deməkdir. Azərbaycanlı ailələrin uşaqları  ölkəsinə nə qədər bağlı böyüsələr, Vətəni də canları qədər sevəcəklər.  Onlara folklorumuzu, musiqimizi, ədəbiyyatımızı da öyrətməyə çalışıram. Şair və yazıçılarımızı tanıdıram. Onları Vətən sevdalısı kimi yetişdirməyi özümə borc bilirəm. Ümüd edirəm ki, gələcəkdə hansı sahədə olsalar da, ədəbi dilimizdə danışa biləcəklər”.

Müəllim olmaq nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətdir. Mən Afət müəllimi dinlədikcə bu fikrin nə qədər doğru olduğuna bir daha inandım. Özünün dediyi kimi, müəllimlik bir missiyadır. Hər şeyə pedaqoq kimi yanaşan müəllim uşaqlara qarşı xüsusilə diqqətli və məsuliyyətlidir. Onun bu əməyi Diasporalarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəyərləndirilir.

Holland dilini öyrəndikdən və diplomunu təsdiq etdikdən sonra müəllim kimi də çalışmaq niyyətindədir. Deyir ki, gecə-gündüz çalışır ki, bu dili mükəmməl öyrənsin. Fərqli təhsil sisteminə alışmaq onun üçün asan olmayacaq, amma bütün bunların öhdəsindən gəlməyə çalışacaq: “Bilirəm ki, qarşıda məni ağır sınaqlar gözləyir. Amma peşəmə olan  sevgim sayəsində çətinliklərin öhdəsindən gələcəyimə inanıram”.

Burada uşaqların zehni inkişafını artırmaq məqsədilə şahmat dərsi də tədris olunur. Bu dərs onlarda məntiqi düşünmə, strategiya, diqqət toplama bacarıqlarını gücləndirir. Şahmat müəllimi də azərbaycanlı Zəhra xanımdır. Bu fəaliyyətlər sayəsində şagirdlər həm Azərbaycan dilini daha yaxşı mənimsəyir, həm də milli mədəniyyətimizi daha dərindən öyrənirlər.

 Müəllimlərlə bir az da  Niderlandın təhsil sistemindən danışdıq. Deyirlər ki, Niderlandda təhsil sistemi şagirdyönümlüdür. Şagirdlər fərdi bacarıqlarına görə inkişaf etdirilir. Burada ibtidai təhsil 4 yaşdan başlayır, 12 yaşa qədər davam edir. Şagirdlər 12 yaşda imtahan verərək orta məktəb səviyyələrinə (VWO, HAVO, VMBO) bölünürlər. Tədris zamanı şagirdlərlə ünsiyyətin qurulması, onlara qayğı ilk plandadır. Uşaqlara sərbəst düşünməyi və fikirlərini ifadə etməyi öyrədirlər. Cəzalandırmaya yol verilmir, əksinə, onlarda müsbət motivasiya yaradırlar. Çalışırlar ki, uşaqlar özlərini rahat hiss etsinlər. Xüsusilə aşağı siniflərin dərsliklərində müharibələrdən çox sülhdən və birgə yaşayışdan bəhs olunur. Yuxarı siniflərdə isə İkinci dünya müharibəsi, Holokost və sülhün əhəmiyyəti geniş şəkildə müzakirə olunur. Uşaqların psixologiyasına müharibələr mənfi təsir etdiyinə görə bu mövzular onlara həssaslıqla öyrədilir.

Əlbəttə, söhbətimizdə Xocalı soyqrımından da danışdıq.  Niderlandda mənim də iştirak etdiyim tədbirlərə müəllimlər şagirdləri ilə birgə qatılmışdılar. Tədbirə gəlməmişdən əvvəl şagirdləri mövzu üzrə məlumatlandırmışdılar. Ona görə də təşkil olunan tədbirlərdə fərqli duyğular yaşayır, həssalıq göstərirdilər. Yaşıdlarının soyqırım zamanı qətlə yetirildiyini dərin hüznlə yad edirdilər. Tədbir bitdikdən sonra onların gözlərində bir qürur hissi görürdüm. Sanki Vətən qarşısında borclarını yerinə yetirdiklərini hiss edirdilər.

Müəllimlər deyir ki, uşaqların hamısı istedadlıdır, amma xüsusi seçilənlər də var. Uğur Yusibli və Yunis Yusibov Belçikada keçirilən şahmat yarışlarında uğurlu nəticələr əldə ediblər. Uğurun həm də yaxşı piano çalmaq qabliyyəti var. Xədicə Qarayevanın incəsənətə marağı böyükdür. Gözəl rəsmlər çəkir. Natiq Qarayevin isə natiqlik bacarığı var. Ramin İsgəndərov idman sahəsində uğurlar əldə edib. Çoxlu medallar qazanıb, Azərbaycan şerlərini böyük həvəslə deyən Aydın İsgəndərova bu bacarığına görə xüsusi seçilir. 

Vətəndən uzaqlarda yaşayan Vətən sevdalıları Azərbaycana sevgilərini doya-doya ifadə etdilər. Balalarımız qərib ölkədə böyüsələr də, vətənpərvər ruhludurlar. Vətənin bəmbəyaz qışını, güllü-çiçəkli yazını görməyən Vətən aşiqləri ilə yenidən görüşəcəyimə ümüd edirəm. 

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.