
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2025-2026-cı tədris ili üçün bakalavriat səviyyəsində qəbul planı artırılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, qəbul planı 2600 yer müəyyən edilib. Ötən tədris ilində bu göstərici 2470 yer olub. Beləliklə, qəbul planında artım müşahidə olunur.
AzMİU ölkənin memarlıq və inşaat sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olaraq, əmək bazarının tələblərinə cavab verən mütəxəssislər yetişdirir. Keyfiyyətli tədris mühiti, güclü professor-müəllim heyəti və maddi-texniki bazanın müasir tələblərə uyğun inkişaf etdirilməsi nəticəsində abituriyentlər arasında AzMİU-ya olan maraq ildən-ilə artır.
Bundan əlavə, universitetin son illərdə həyata keçirdiyi islahatlar, beynəlxalq əməkdaşlıq əlaqələri, rəqəmsal transformasiya və tələbəyönümlü yanaşmalar da AzMİU-nun cəlbediciliyinin və imicinin yüksəlməsində mühüm rol oynayır. Qəbul planındakı artım həm də universitetin davamlı inkişaf strategiyasının bir göstəricisidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər