
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqları Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən Kibertəhlükəsizlik Klubunun təşkilatçılığı ilə tələbələr üçün “Kibertəhlükəsizlik və süni intellekt” adlı seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Milli Məclisinin deputatı Ceyhun Məmmədov, PROSYS MMC-nin baş meneceri Ceyhun Əliyev, MegaSec şirkətinin Biznesin inkişafı üzrə meneceri Arzu Rəhimli, AzMİu-nun prorektoru Orxan Naqdıyev və THİK-in sədri Şahmar Rəfili iştirak ediblər.
Seminarın məqsədi gənclər arasında kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, süni intellektin inkişafı və bu sahədə yaranan yeni imkanların müzakirə edilməsi olub.
Çıxışlar zamanı qonaqlar müasir dünyada kibertəhlükəsizliyin əhəmiyyətindən, süni intellektin tətbiqi ilə bağlı etik və texnoloji məsələlərdən, həmçinin gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasının vacibliyindən danışıblar.
Seminar interaktiv şəkildə davam edib, tələbələrin çoxsaylı sualları cavablandırılıb və sahə üzrə real təcrübələr müzakirə olunub. Tədbirin sonunda kibertəhlükəsizlik klubunun fəal üzvlərinə sertifikatlar təqdim olunub.
Sonda qeyd olunub ki, bu kimi tədbirlər gənclərin texnoloji biliklərini artırmaqla yanaşı, onları süni intellekt və kibertəhlükəsizlik sahəsində daha aktiv və məsuliyyətli mövqe tutmağa təşviq edir.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər