Bütün xəbərlər
19 may, 12:57

Azərbaycan Texniki Universitetində (AzTU) “Bitget Hackaton – Startap” müsabiqəsinin yekun mərhələsi keçirilib. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, müsabiqəyə AzTU, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrindən ibarət komandaların “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsi təqdim edilib. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş etdirilib.

Layihələr 5 əsas meyar – komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti (Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova) tərəfindən qiymətləndirilib.

Gərgin rəqabət və yüksək səviyyəli təqdimatlar nəticəsində qalib komandalar müəyyənləşdirilib və ümumi 3.000 ABŞ dolları məbləğində mükafat (1-ci yer 1.500$, 2-ci yer 1.000$, 3-cü yer 500$) qaliblərə təqdim olunub. Nəticələrə görə, 1-ci yerə AzTU, 2-ci yerə BMU, 3-cü yerə isə AzTU komandası layiq görülüb.

Tədbirin təşkilatçıları olan AzTU və “Bitget” platforması bu hakaton vasitəsilə Azərbaycanda startap ekosistemi və rəqəmsal texnologiyaların inkişafına dəstəyini nümayiş etdirib. Bu cür təşəbbüslər gənclərin texnoloji biliklərini yalnız nəzəriyyədə deyil, real layihələr və biznesyönümlü məhsullara inteqrasiya edilməsinə imkan yaradır. Belə tədbirlər gənclərin teorik biliklərini real texnoloji layihələrə çevirməsi, komanda ruhu formalaşdırması və qlobal texnologiya sektoruna çıxması üçün zəruri zəmin yaradır.

1 /8

Şərhlər

Xəbər lenti

19 may, 16:15

Məktəblilər arasında keçirilən intellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

19 may, 16:10

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 15:00

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

19 may, 14:11

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

19 may, 14:05

STEAM'ool olimpiadasına qeydiyyat başlayıb

19 may, 14:04

ADNSU tələbəsi beynəlxalq layihədə uğur qazanıb

19 may, 14:04

Gənc beyinlərin böyük uğurları – Olimpiada medallarının arxasında dayanan hekayələr

19 may, 13:00

Mübarizin qızları: 4 bacının bir arzusu

19 may, 12:56

AzMİU-da tələbələrin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təlim keçirilib

19 may, 12:55

Qazax məktəbliləri bullinqə qarşı fləş-mob keçiriblər

19 may, 12:49

“Süni intellektin təhsildə tətbiqi” mövzusunda vebinar keçirilib

19 may, 12:45

Sabahın hava proqnozu açıqlanıb

19 may, 12:44

Gənclərin tərbiyəsinə dair (valideynlərlə söhbət üçün) – Qəzetin arxivindən

19 may, 12:20

İdmançılarımız Avropa çempionatında böyük uğur qazandılar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.