Bütün xəbərlər
19 may, 14:25

Respublika fənn olimpiadaları minlərlə şagirdin bilik sınağından keçdiyi, fənn sevgisinin, iradənin və məqsədin bir araya gəldiyi mötəbər bir yarışmadır. Bu yarışmada yüksək nəticə göstərənlər arasında cənub bölgəsinin gümüş medala layiq görülən şagirdləri də var. Onların təəssüratlarını dinlədikdə aydın olur ki, hər medalın arxasında təkcə bilik deyil, həm də böyük zəhmət, ailə və müəllim dəstəyi dayanır.

Böyük təcrübə 

Masallı şəhəri 5 nömrəli tam orta məktəbin X sinfində təhsil alan Mahirə Bəşirova tarix fənni üzrə RFO-da gümüş medala layiq görülüb. Mahirə tarixə olan böyük marağını və müəllimi Ellada Əzimovanın dəstəyini uğurunun əsas amilləri kimi göstərir. Olimpiadada iştirak etmək onun üçün böyük təcrübə olub, çünki builki yarışda yuxarı yaş qrupu üzrə iştirak edib və rəqibləri də təcrübəli olub. Gələcəkdə hüquqşünaslıq və ya dövlət və ictimai münasibətlər sahələrində təhsil almağı düşünən Mahirə qələbəsini özünə inanmağı və dayanmadan çalışmaqla əldə etdiyini bildirir. Olimpiadada iştirak etmək istəyənlərə məsləhət olaraq düzgün çalışmağın, valideyn və müəllimlərin dəstəyinin vacibliyini vurğulayır.

Olimpiada uğurundan sonra tibbdə müvəffəqiyyət əldə etmək istəyir

Lerik şəhəri 1 nömrəli Texniki fənlər təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Ruslana Canməmmədova biologiya üzrə gümüş medal qazanıb. Hazırlıq prosesi çətin olsa da, Ruslana məqsədinə çatmaq üçün var gücü ilə çalışıb. O, olimpiadada iştirak etmək üçün araşdırıcı ruhlu olmağın və çoxlu mənbədən nəzəri bilik əldə etməklə yanaşı, oxuduqlarını yüksək səviyyədə anlamaq və analiz etmək qabiliyyətinin vacib olduğunu qeyd edir. Gələcəkdə həkim olmaq istəyən Ruslana biologiya sahəsində qazandığı uğurun onu tibbdə də müvəffəqiyyət əldə etməyə inandırdığını vurğulayır. Uğurunun arxasında isə daim ona dəstək olan valideynləri və müəllimləri dayanır.

Anası biologiya müəllimi olduğu üçün bu fənnə marağı daha da artıb

Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin şagirdi Rəsul Şahverdiyev biologiya fənnindən aşağı yaş qrupu üzrə bürünc medal qazanıb. Rəsul bioloji elmlərə olan marağına görə müəllim ailəsində böyüməsinə borcludur. Anası biologiya müəllimi olduğu üçün bu fənnə marağı daha da artıb. O, əvvəllər riyaziyyat və məntiqə daha çox maraq göstərsə də, biologiya fənninə olan sevgisini inkişaf etdirib. Olimpiadaya hazırlıq müddətində müxtəlif mənbələrdən məlumatlar oxuyub və bu prosesin çətin olmasına baxmayaraq, əldə etdiyi uğur onu daha çox motivasiya edib. Gələcəkdə beynəlxalq olimpiadalarda iştirak etmək və uğur qazanmaq hədəfi ilə yaşayan Rəsul digər yaşıdlarına məqsədli və məsuliyyətlə çalışmağı tövsiyə edir.

Bu təəssüratlar bir daha sübut edir ki, əzm, məqsədyönlü çalışma və davamlı dəstək istənilən uğura aparan yoldur. Olimpiadada yüksək nəticə göstərən bu gənclərin gələcəkdə də öz sahələrində parlaq nailiyyətlər əldə edəcəklərinə inanırıq.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.