Bütün xəbərlər
19 may, 13:00

Biz dörd bacıyıq, o zaman kəndin ən səs-küylü, amma ən səssiz ümidlərlə böyüyən qızları idik. Evimiz kəndin kənarında, torpaq yolların arasında yerləşən köhnə, amma içi isti bir ev idi. Qapımızın önündə qurumuş bir gilas ağacı vardı, atam hər yaz ona ümidlə baxardı: “Bəlkə bu dəfə bar verər…” Yay axşamlarında həmin ağacın altındakı oturacaqda əyləşib uzun-uzadı söhbət edərdik – keçmişdən, gələcəkdən.

Anam təhsilsiz idi, uşaq ikən yalnız adını yazmağı öyrənə bilmişdi. Həmişə deyərdi ki, nənəm onu ev işlərindən məktəbə göndərə bilməmişdi. Bu mövzu açılanda gözlərindəki kədəri sezməmək mümkün deyildi. Bəlkə də bizə göstərdiyi o böyük fədakarlığın səbəbi elə bu idi: biz oxuyaq, biz təhsilli olaq. Özünün yarım qalan arzularını bizdə görmək istəyirdi. Bəlkə o zaman ruhuna rahatlıq gələrdi. Həyat boyu bizə dediyi bircə şüar vardı: “Mənim qızlarım oxuyacaq”.

Atam isə universitet qapısı görmüş, amma ömrünü daha çox şumla, traktorla, torpaqla, ağac budamaqla keçirmiş bir adam idi. Hər ikisi bizə oxumağın vacibliyini elə aşılayırdılar ki, kitab almaq sanki çörək almaqdan da vacib idi.

Kəndimizdə tez-tez işıqlar sönərdi. Qış gecələrində hamımız bir otağa yığışar, lampa işığının ətrafında toplaşardıq. Hərə öz çantasını götürər, dərslərimizi oxuyardıq. Birimiz yazı yazar, birimiz şeir əzbərləyər, digərimiz rəsm çəkərdi. Birimiz də bəzən deyinər, bu şəraitdə oxuya bilmədiyimizi söyləyərdik. Bəzi günlər dərsimi tez bitirəndə bacımın kitabını alıb oxuyardım ki, növbəti il öyrənmək asan olsun. Dörd bacı qış gecələrində bir lampa işığında kitabları növbə ilə oxuduq.

Ətrafda çox ağız büzənlər vardı. Hətta atama deyənlər olurdu: “Qız uşaqlarıdır, niyə oxudursan bunları? Oğlunu oxudarsan”. Halbuki bizim – dörd bacının son beşiyi olan bir qardaşımız da vardı. Atam isə israrla deyirdi: “Elə əsas qız uşaqları oxumalıdır. Lazım gəlsə, oğlan gedib fəhləlik də edə bilər”.

Deyirdilər: “Nəylə oxudacaqsan? Bunların şəhərə gedib kirayədə qalmaqları var”. Atam isə əvəzində “Əlimdə nə varsa sataram, lazım olsa, traktoru da… Amma qızlarımı oxudaram”, – deyə cavab verərdi.

Elə də oldu. Atam tədris ilinin başlanğıcında bizi şəhərə göndərmək üçün maddi imkanı olmadığından, traktorunu satdı – tərəddüdsüz. Növbəti il də anam qızıllarını satdı.

Hər il bir bacı universitetə qəbul oldu. Təhsil pillələrini bir-bir qalxdıq. Hər diplomda atamın alın tərinin, anamın qırışmış əllərinin izi vardı. Onlar çox əziyyət çəkdilər, amma bizə təhsil verdilər. Bizim üçün oxumaq sadəcə gələcək qazanc yolu deyildi – valideynlərimizin həyata keçməmiş arzularını yaşatmaq idi. Bəlkə evimizdə çox şey yox idi, amma bizə dünyanı başa salan bir cümlə vardı: “Qız uşağı oxusa, nəslin taleyi dəyişər”.

Və dəyişdi. Bizimlə birlikdə kənddəki digər ailələrin də qızlara baxışı dəyişdi. Kənddə belə bir ifadə yaranmışdı: “Mübarizin qızları”. Bizdən sonra kənddə demək olar ki, əksəriyyətin düşüncəsi dəyişdi. 

Beynəlxalq təcrübələrə nəzər yetirsək, UNESCO-nun 2023-cü il hesabatına əsasən, təhsilli anaların uşaqlarının məktəbə davamiyyəti ikiqat yüksəkdir.

UNICEF-in məlumatlarına görə, qızların təhsil alması ailənin gələcəkdə maddi və sosial rifahını əhəmiyyətli dərəcədə artırır.

Bizim ailəmiz bu statistikanın canlı sübutudur. Dörd qız, bir təhsilsiz ana və torpaqla böyüyən bir atanın gücü ilə oxudu. O gün bizim deyil, gələcəyin zəfəri idi.
Mənim adım bu yazının altında sadəcə bir ad deyil. Bu, bir ananın təhsilsiz olsa da, savadı yaşadan əzminin, bir atanın çörək əvəzinə kitab alan ürəyinin adıdır.

Biz kənddə nümunəvi qızların ümidi idik. Bu gün o torpaqda sevgi, zəhmət və təhsil toxumları boy atır. Və mən inanıram: Hər oxuyan qız bir ailənin, bir məmləkətin, bir millətin tale yazısını dəyişə bilər.

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim olunur.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.