Bütün xəbərlər
16 oktyabr, 14:43

15 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərenerji ASC, Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu və Bakı Mühəndislik Universitetinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı süni yağış və havadan suyun alınması üzrə qurğular, eləcə də aerokosmik məlumatların əldə olunması və emalı məsələləri müzakirə olunub. Bakı Mühəndislik Universitetinin professoru Elçin Qurbanov tərəfindən təqdim edilən layihə çərçivəsində bu texnologiyaların tətbiqi və məlumatların emalı imkanları ətraflı şəkildə müzakirə olunub.         

Qeyd edək ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 10 oktyabr tarixli, 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və 2024–2027-ci illəri əhatə edir.  Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2024–2027-ci illərdə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hazırlanmış və təsdiq edilmişdir. Nazirliyin Tədbirlər Planına əsasən, ümumilikdə 5 prioritet istiqamət, 12 məqsəd, 32 tədbir və 109 indikator müəyyən edilmişdir ki, 4 tədbir və 26 indikator üzrə Nazirlik əsas icraçı, 28 tədbir və 83 indikator üzrə isə digər icraçı qismində çıxış edir.

16 oktyabr 2025-ci il tarixində keçirilmiş görüş Strategiyanın icrasına dair nazirliyin təşkilatçılığı və digər icraçı qurumların iştirakı ilə birgə keçirilən sayca beşinci görüş olub. 

1 /1

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.