Bütün xəbərlər
8 may, 13:52

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirlərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlər, ölkənin rifahi naminə gördüyü misilsiz işlər barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında böyük və sürətli inkişaf yolu keçib.

Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin tərəqqinin yeganə yolunu xalqın maariflənməsində gördüyü şagirdlərin diqqətinə çatdırılıb. Vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər məhz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrələridir. Qeyd olunub ki, Ümummilli Liderin ideyalarını həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu ölkə kimi tanınır.

Tədbirlərdə Ulu Öndərin keçdiyi zəngin həyat yolundan bəhs edən videoçarxlar təqdim olunub. Həmçinin məktəblilər onlara ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına ehtiram əlaməti olaraq şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

Təhsilalanların və məktəb kollektivlərinin Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.

1 /8

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.