Bütün xəbərlər
4 may, 17:30

Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

BANM-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, BANM-in rektoru Elmar Qasımov çıxışında bildirib ki, bu cür beynəlxalq miqyaslı elmi tədbirlər gənc tədqiqatçıların inkişafı və elmi potensiallarının reallaşması baxımından mühüm platformadır. O, tədbirin yüksək səviyyədə təşkilinə görə tərəfdaş qurumlara və bütün iştirakçılara təşəkkürünü bildirib.

Öz növbəsində BANM-in Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova iştirakçıların yüksək elmi səviyyədə hazırladığı məruzələrin konfransın ümumi keyfiyyətinə töhfə verdiyini vurğulayıb.

“SOCAR Downstream Management” şirkətinin baş direktorun müşaviri Rasim İbrahimov, eləcə də "PAŞA Sığorta" şirkətinin Məlumat Bazası İdarəetmə Şöbəsinin rəhbəri Faiq Nəsirli çıxış ediblər. Çıxışçılar tədbirin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu cür elmi platformalar tələbə və gənc tədqiqatçıların bilik və bacarıqlarını nümayiş etdirmələri, eləcə də sənaye mütəxəssisləri ilə birbaşa əlaqə yaratmaları baxımından olduqca dəyərlidir.

Qeyd olunub ki, builki konfranslara yerli və xarici gənc tədqiqatçıdan 340 müraciət daxil olub. Müraciətlərdən 300-ü müsbət rəy alıb ki, bu da ümumi müraciətlərin 88 faizini təşkil edir. BANM-dən isə 198 tələbə və gənc tədqiqatçı bu mühüm elmi tədbirə qoşulub.

Daha sonra “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, İNFOTECH 2024 və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzuları üzrə qaliblər müəyyənləşib.

Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Gəncə), Sumqayıt Dövlət Universiteti, AR ETN Neft-Kimya Prosesləri İnstitutu, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, AR ETN İdarəetmə Sistemləri İnstitutu, AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Qərbi Kaspi Universitetinin qalib olan tələbələri və gənc tədqiqatçıları mükafatlandırılıb.

Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Polymer”, “SOCAR Downstream”, SOCAR AQŞ, “Caspian Innovation Center”, “Bahar Enerji”, “Maire”, “Huawei”, “Bank Respublika”, “PAŞA Sığorta”, “Emerson”, “AzerGold” QSC və ABB şirkətləri olub.

1 /2

Şərhlər

Xəbər lenti

5 may, 13:13

Qarabağ Universiteti ABŞ-də "AERA Annual Meeting 2025" konfransında təmsil olunub

5 may, 13:02

Sabahın hava proqnozu açıqlanıb

5 may, 12:23

RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib

5 may, 12:19

AzTU tələbəsi beynəlxalq statistik viktorinada uğur qazanıb

5 may, 12:19

Nazir: Yeni tədris ilindən 6 yeni ixtisaslaşma üzrə magistraturaya mütəxəssis hazırlanacaq

5 may, 12:03

Nəsirəddin Tusi adına olimpiadanın final turunun nəticələri elan olunub

5 may, 11:32

NDU ilə Hacettepe Universiteti əməkdaşlığa dair yeni razılaşmalar əldə edib

5 may, 11:31

Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

5 may, 11:12

“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib

5 may, 11:01

Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı

5 may, 10:58

“Yüksəliş” müsabiqəsinin kadr bankı yaradılıb

5 may, 10:55

Nazir müavini Suriyada səfərdə olub

5 may, 10:48

İki şagirdi olan Dico məktəbi ilə bağlı AÇIQLAMA

5 may, 10:43

Ötən il Bakının 1000-ə yaxın məzunu ali məktəbə 600-dən çox balla daxil olub

5 may, 10:31

Alimlərimizin tədqiqatı beynəlxalq elmi jurnalda dərc olunub

5 may, 10:28

Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb 

5 may, 10:25

Azərbaycan dili üzrə doğru cavab etalonları açıqlanıb

5 may, 10:25

Bərdə məktəblisi olan qardaşlar: Biri qızıl, digəri bürünc medalçı oldu

5 may, 10:15

11 mayda keçiriləcək imtahanlarda iştirak edənlərin NƏZƏRİNƏ

5 may, 10:05

I siniflərə qəbul üzrə məktəb və müəllim seçiminin vaxtı dəyişdirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.