
Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunan "Qələbənin rəqəmləri və faktları" mövzusunda onlayn statistik viktorina keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, viktorinada Azərbaycanı 6 ali təhsil müəssisəsinin tələbələri təmsil edib. Yarışmada 100 azərbaycanlı tələbə arasından 28 nəfər 100 baldan yuxarı nəticə göstərib.
Onlardan biri də Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və robotexnika fakültəsinin tələbəsi Kənan Niftəliyevdir.
Kənan Niftəliyevə viktorinada iştirak sertifikatı təqdim olunub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər