Bütün xəbərlər
5 may, 11:32

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə Naxçıvan Dövlət Universitetinin əsas icraçısı olduğu layihələrlə bağlı rektor Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankara şəhərində Hacettepe Universitetində görüş keçirib. 

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşdə Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı müzakirələrin aparıldığını və bu görüşlərin rektorluq tərəfindən daim diqqətdə saxlanıldığını bildirib. 

Elbrus İsayev Hacettepe Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çox istiqamətlər üzrə fəaliyyətlərin inkişaf etdirilməsi, yeni layihələrin icrası ilə bağlı müzakirələr aparıb. 

Akademik heyət və tələbə mübadiləsinin təşkili, tibb təhsili alan daha çox tələbənin yay təcrübəsinə cəlbi, rezidentlərin Hacettepe Universitetinə rotasiyası, “Tibb bacısı işi” ixtisası üzrə tədrisin təkmilləşdirilməsi, Hacettepe Universitetinin “Hemşirelik” ixtisasının müəllimlərinin NDU-da tədrisə cəlbi, Hacettepe Universiteti xəstəxanalarında fəaliyyət göstərən həkimlərin Naxçıvan Dövlət Universitetində tədrisə, Muxtar Respublika xəstəxanalarında müayinə və əməliyyatlara cəlbi müzakirə olunan istiqamətlər arasında yer alıb. Eyni zamanda, “Tibb bacılarının inkişaf proqramı” çərçivəsində “Yaşam Boyu Öğrenme Merkezi”ndə Muxtar Respublika xəstəxanlarında fəaliyyət göstərən tibb bacılarının ixtisasartırma proqramlarına və 50 nəfər tələbə-müəllimin müşahidəçi qismində Hacettepedə tədrisə və xəstəxanalara cəlbi, qısamüddətli təkmilləşdirmə proqramlarının Hacettepedə təşkili kimi məsələlər müzakirə olunub.

NDU Tibb Kollecinin tədris proqramlarının təkmilləşdirilməsində Hacettepe dəstəyi, əla qiymətlərlə məzun olan NDU-nun Tibb fakültəsinin məzunlarının Hacettepe Universitetində ixtisasartırma və rezidentura təhsilinə cəlbi, ortaq simpozium, konfrans və tədbirlərin təşkili və işçi və tədqiqat qruplarının yaradılması da görüşdə fikir mübadiləsi aparılan məsələlər sırasında yer alıb. 

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova da iştirak edib.

1 /5

Şərhlər

Xəbər lenti

5 may, 16:33

Yeni nəslin tərbiyəsi: Məktəbdən nə tələb olunur?

5 may, 16:32

Qeyri-formal təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

5 may, 16:28

AzMİU-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib

5 may, 16:26

Almaniyanın Max Planck İnstitutunun doktorantı təcrübəsini tələbələrlə bölüşüb

5 may, 16:20

Rezidenturaya qəbul imtahan nəticələri açıqlanıb

5 may, 14:56

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

5 may, 14:45

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

5 may, 14:45

Medaldan kolleksiya toplayanlar – Gələcəyin riyaziyyatçılarının uğur hekayələri

5 may, 14:27

“TikTok”da müəllimlər üçün müsabiqə elan edildi

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

5 may, 13:40

Uşaqlarda ən çox rast gəlinən xəstəliklər və valideyn səhvləri – Həkimlə SÖHBƏT

5 may, 13:13

Qarabağ Universiteti ABŞ-də keçirilən konfransda iştirak edib 

5 may, 13:02

Sabahın hava proqnozu açıqlanıb

5 may, 12:23

RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib

5 may, 12:19

AzTU tələbəsi beynəlxalq statistik viktorinada uğur qazanıb

5 may, 12:19

Nazir: Yeni tədris ilindən magistraturada 6 yeni ixtisaslaşma üzrə mütəxəssis hazırlanacaq

5 may, 12:03

Nəsirəddin Tusi adına olimpiadanın final turunun nəticələri elan olunub

5 may, 11:31

Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

5 may, 11:12

“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.