.jpeg)
Bu gün “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankının insan resursları sahəsində çalışan rəhbər şəxslərə təqdimatı və bununla bağlı təlim baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə müxtəlif dövlət və özəl qurumların HR rəhbərləri iştirak ediblər.
Tədbirin açılışında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının məqsədi, strukturu, əhəmiyyəti barədə ətraflı məlumat verib. O, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbər şəxslərə kadr bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb.
Daha sonra “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən kadr bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib. Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər