
Bakı Ali Neft Məktəbində Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman və şöbə əməkdaşlarının iştirakı ilə BANM rəhbərliyi və əməkdaşları arasında görüş keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə BANM-dən məlumat verilib. Bildirilib ki, görüşdə təhsil siyasətinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, müasir ali təhsil sistemində qarşıya qoyulan hədəflər və onların icrası ilə bağlı məsələlər müzakirə olunub.
Şöbə əməkdaşları və BANM kollektivi arasında açıq dialoq şəraitində keçirilən bu müzakirələr ali təhsilin inkişafına dair birgə yanaşmaların formalaşmasına töhfə verib.
Görüşün sonunda qonaqlar üçün kampus turu təşkil olunub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər