
Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görülüb.
Bu barədə “Azərbaycan müəllimi”nə BANM-dən məlumat verilib.
Bildirilib ki, 2024/2025-ci tədris ilinin yekun göstəricilərinə əsasən, ortalama balı ən yüksək olan və təhsil aldıqları vaxt ərzində həm bacarıq və davranışları, həm də sosial-ictimai fəaliyyətləri ilə nümunəvi tələbə kimi tanınan BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının V kurs tələbələri Rza Abdullayev və Malik Akqubayev təqaüd qazanıb.
Rza Abdullayev - 2020-ci ildə 657.9 bal toplayaraq Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Hazırda ixtisas birincisidir. İstanbul Texniki Universtitetində təhsil alıb. SOCAR və bp şirkətlərində yay təcrübəsi proqramlarında iştirak edib. Magistraturaya qəbul imtahanlarında 90.5 toplayaraq rus sektoru üzrə ölkə ikincisi olub.
Malik Akqubayev - 2020-ci ildə 650.2 balla Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Hazırda ixtisas üçüncüsüdür. SOCAR, Kronos ICT kimi qabaqcıl şirkətlərdə mühüm praktiki təcrübə qazanıb. Kompleks Qazma Işləri Trestində mühəndis kimi fəaliyyət göstərib və burada müasir qazma texnologiyalarını araşdırıb. ABB Startup Challenge, SOCAR 4SIM və Teknofest yarışlarının finalçısı olub. Onun “Wind Energy Perspectives in Azerbaijani Region” adlı layihəsi beynəlxalq elmi konfransda elmi-nəzəri dəyərinə görə ll yerə layiq görülüb. Malik hazırda EI-Group/DRL MMC-də tədqiqatçı köməkçisi (Research Assistant) kimi çalışır və elmi-praktiki fəaliyyətini davam etdirir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər