Bütün xəbərlər
13 iyun, 14:20

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş insan hüquqlarının müdafiəsi sahəsində ictimai məlumatlılığı artırmaq məqsədilə 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” çərçivəsində  “Crip Camp” adlı sənədli filmin nümayişi baş tutub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirin əsas məqsədi tələbələr arasında insan hüquqları anlayışının dərinləşdirilməsi, xüsusilə də əlilliyi olan şəxslərin hüquqları sahəsində maarifləndirmənin artırılması olub. Film nümayişindən öncə qısa giriş nitqində insan hüquqlarının universallığı və hər bir fərdin doğuşdan bərabər ləyaqət və azadlıqla yaşamaq hüququ vurğulanıb.

Filmin nümayişi tələbələr arasında dərin təəssürat yaradıb və nümayişdən sonra keçirilən müzakirədə iştirakçılar insan hüquqlarının yalnız kağız üzərində qalmaması, real həyatda hər kəs üçün tətbiq edilməsinin vacibliyi barədə fikirlərini bölüşüblər. Tələbələr, xüsusilə də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə tam inteqrasiyasının təmin edilməsinin insan hüquqları məsələsində əsas hədəflərdən biri olduğunu deyiblər.

Bu tədbir gənclərin hüquq düşüncəsinin formalaşmasına töhfə verməklə yanaşı, onlarda sosial ədalət, bərabərlik və insan ləyaqəti dəyərlərinə dair daha dərindən anlayış yaratmaq məqsədini daşıyıb.

1 /3

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.