
Bakı Dövlət Universiteti (BDU) yeni beynəlxalq uğur əldə edərək ilk dəfə dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən dərc olunan “QS Biznes magistr proqramları reytinqi 2026: menecment üzrə magistratura” siyahısına daxil olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.
QS-in açıqladığı nəticələrə görə, BDU-nun menecment üzrə magistratura proqramı qlobal miqyasda 201+ pillədə qərarlaşıb və universitet reytinqə “Yeni iştirakçı” ("New Entrant") statusu ilə daxil olub.
BDU reytinqin müxtəlif meyarları üzrə fərqlənib. Universitetin tələbə və müəllim heyətinin gender və beynəlmiləl tərkibini əks etdirən “Müxtəliflik” göstəricisində 131–140-cı pillələrdə qərarlaşıb. “Məzun nəticələri” kateqoriyasında universitet 151–200-cü pillələrdə yer alıb; bu göstərici məzunların karyera uğurlarını, nüfuzlu vəzifələrdə təmsil olunmalarını və peşəkar nailiyyətlərini qiymətləndirir. Eyni zamanda BDU akademik nüfuzu, elmi araşdırmaların təsiri və elmi dərəcəyə malik müəllim heyətinin payını əks etdirən “Liderlik” meyarında 151–200-cü pillələrdə qərarlaşıb.
QS reytinqi dünya üzrə menecment sahəsindəki magistratura proqramlarını qiymətləndirir. Qiymətləndirmə meyarları arasında məzunların məşğulluq göstəriciləri və işəgötürənlərin rəyi, akademik və elmi nüfuz, məzunların uğurları, beynəlmiləlləşmə səviyyəsi və təhsilin səmərəliliyi yer alır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər