
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə və Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, ziyarət çərçivəsində qonaqlar mərkəzin maddi-texniki bazası və tədris şəraiti ilə tanış olub, bu ilki tələbə qəbulu və 2024–2025-ci tədris ili üzrə məzunlarla bağlı statistik göstəricilərlə ətraflı məlumatlandırılıblar. Görüşdə mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar 2025–2026-cı tədris ilində mərkəzin rəhbərliyi və mühəndis-pedaqoji heyətinə uğurlar arzulayıblar.
Qeyd edək ki, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi Bərdə və ətraf rayonlardan olan 1200-dən çox tələbəyə 8 peşə sahəsi üzrə 40-a yaxın ixtisasda təhsil almaq imkanı yaradır.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər