
“Azərbaycan ilə Türkiyə arasında yalnız siyasi və iqtisadi deyil, təhsil sahəsində də əlaqələr strateji əməkdaşlıq səviyyəsinə çatıb. “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən bu münasibətlər hər iki ölkənin liderləri tərəfindən davamlı olaraq dəstəklənir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Azərbaycan və Türkiyənin peşə təhsili sistemləri üzrə qarşılıqlı təcrübə mübadiləsinə həsr olunmuş görüşdə deyib.
O bildirib ki, iki ölkə arasında peşə təhsili sahəsində artıq sıx və məqsədyönlü əməkdaşlıq mövcuddur: “Bu əməkdaşlıq nəticəsində təhsil proqramlarının hazırlanması, tələbə və müəllim mübadiləsi, ortaq tədris planlarının tətbiqi və müasir infrastruktur əsasında peşə təhsil müəssisələrinin yaradılması sahəsində böyük nailiyyətlər əldə olunub. Artıq bir sıra proqramlar Türkiyə təcrübəsi əsasında hazırlanıb və bu prosesə Türkiyədən mütəxəssislər də cəlb olunub”.
C.Kərəmov qeyd edib ki, Türkiyə ilə təhsil sahəsində qurulan bu əməkdaşlıq gələcəkdə güclü insan kapitalının formalaşmasına xidmət edəcək və peşə təhsilinin keyfiyyətini daha da artıracaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər