Bütün xəbərlər
17 iyun, 15:02

Bu gün Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov istedadlı şagirdlərin aşkar ediıməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən bir çox layihələrin həyata keçirildiyini söyləyib.
 
Onun sözlərinə görə, bu layihələr istedadlı gənclərin bazasının formalaşdırılmasına və onlarla məqsədyönlü işlərin görülməsinə imkan verir. 

Nazir müavini qeyd edib ki, hər il Respublika fənn müsabiqə və olimpiadaların nəticələri əsasında Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə yüzlərlə gənc cəlb edilir və onların fənlərin dərindən öyrənmələrinə, beynəlxalq olimpiadalara hazırlaşmalarına nazirlik səviyyəsində dəstək verilir. 

Firudin Qurbanov bildirib ki, biliklər şagirdin təhsil prosesi ərzində mənimsəməli olduğu faktlar, məlumatlar və anlayışlardır. Bunlara həm akademik fənlərlə bağlı, həm də sosial, mədəni və təbii mühitlə bağlı biliklər daxildir: "Biliklərin praktik tətbiqi şagirdlərə məlumatı sadəcə əzbərləmək deyil, həm də daha yaxşı anlamaq və yadda saxlamaq imkanı verir”. Onun sözlərinə görə, bacarıqlar isə şagirdin inkişaf etdirməli olduğu praktik qabiliyyətlər və fəaliyyət üsullarıdır. Bu bacarıqlar əldə olunan biliklərin praktikada tətbiqinə şərait yaradır:

“Biliklər bacarıqların formalaşması üçün zəmin yaradır, bacarıqlar isə vərdişlərin inkişafına təkan verir. Bu komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir və kompleks, dərin təhsil prosesinin əsasını təşkil edir”.

Firudin Qurbanov hər il müsabiqə və olimpiadalarda iştirak edən şagirdlərin sayının artdığını, onların göstərdikləri nəticələrin yüksəldiyini də xüsusi vurğulayıb. O, Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən lisey və gimnaziyaların bu uşaqların yetişməsində böyük rolunun olduğunu nəzərə çatdırıb.

“İstedadlı şagirdlərin aşkar edilməsi və onların potensiallarının inkişaf etdirilməsi dövlətimizin hər zaman prioritet məsələlərindən biri olub. Bu istiqamətdə bölgələrdə yeni lisey və gimnaziyaların açılması nəzərdə tutulub”, - deyə nazir müavini bildirib.

Firudin Qurbanov əlavə edib ki, 2014-2024-cü illərdə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 35 qızıl, 147 gümüş və 336 bürünc olmaqla, ümumilikdə 518 medal qazanıblar.

Daha sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” layihəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib.

Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov qalibləri təbrik edib. O əlavə edib ki, gənclərin bilikli və bacarıqlı olması üçün onlara davamlı dəstəyin göstərilməsi vacibdir.

Tədbir çərçivəsində müsabiqənin təşkili ilə bağlı videoçarx nümayiş olunub. Qalib məktəblərlə yanaşı, fərqlənən şagirdlər də mükafatlandırılıb. Onlara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Mərasim şagirdlərin ifasında təqdim olunan musiqi nömrələri ilə yekunlaşıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında start verilən “BilBacar” müsabiqəsinin birinci mərhələsində respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsindən VIII, IX və X siniflər üzrə 170 000-ə yaxın şagird iştirak edib.

Müsabiqənin əsas məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermək bacarıqlarını formalaşdırmaq və xüsusi istedadlı şagirdləri olan qabaqcıl məktəbləri müəyyənləşdirməkdir.

1 /19

Şərhlər

Xəbər lenti

17 iyun, 20:24

Mətin Kərimli: Müəllim və direktorlarda liderlik xüsusiyyətləri olmalıdır

17 iyun, 20:22

Sertifikatlaşdırmadan keçən müəllimlərin dərs yükü nə qədər artırılıb?

17 iyun, 18:22

STEAM’ool olimpiadasının final mərhələsinin qalibləri elan olunub

17 iyun, 18:01

“Finala çıxacağıma inanmırdılar” – RFO qalibləri danışırlar

17 iyun, 17:50

ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib

17 iyun, 17:50

Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir

17 iyun, 17:49

Təhsildə liderliyə gedən yol – REPORTAJ

17 iyun, 17:39

“Azercell Cup 2025” müsabiqəsinin qalibləri elan olundu

17 iyun, 17:38

Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

17 iyun, 17:32

ADA ilə BOC arasında Anlaşma Memorandumu imzalanıb

17 iyun, 17:13

“BilBacar”da fərqlənən rayonlar və məktəblər açıqlandı – MÜSAHİBƏ

17 iyun, 17:05

Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

17 iyun, 17:00

Əldə olunan uğurlu nəticə əzm və məqsədyönlü çalışmanın nəticəsidir

17 iyun, 16:24

Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər 

17 iyun, 16:24

Texnologiya bizi idarə etməsin, biz onu idarə edək

17 iyun, 15:56

Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir

17 iyun, 15:53

Nəzakət Mehdiyeva: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil

17 iyun, 15:50

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib

17 iyun, 15:40

Nazir müavini: Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

17 iyun, 15:05

Aşpaz və qənnadıçı peşələri üzrə Milli Abilimpiya Çempionatı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.