Bütün xəbərlər
17 iyun, 17:13

Xəbər verdiyimiz kimi, bu gün "BilBacar" müsabiqəsi üzrə proses yekunlaşıb və qaliblər mükafatlandırılıb.

Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı müsabiqə barədə "Azərbaycan müəllimi"nin suallarını cavablandırıb.

– İbrahim müəllim, "BilBacar" müsabiqəsi necə keçdi, ümumiyyətlə, müsabiqənin mahiyyəti nədən ibarət idi? İştirakçılıq necə oldu?

– "BilBacar" müsabiqəsi ümumi təhsil müəssisələrində təhsil alan 8, 9 və 10-cu sinif şagirdləri arasında keçirilib. Müsabiqə 2 mərhələdən ibarət olub. Birinci mərhələdə şagirdlər oktyabr – may ayları ərzində hər ay müsabiqənin “Hazırlıq” və “Yarış” mərhələlərində iştirak edərək riyaziyyat, oxuyub-anlama və təbiət elmləri üzrə tapşırıqlar həll ediblər. Müsabiqənin bu mərhələsində 167 579 şagird və 1949 məktəb iştirak edib (iştirakçı məktəblərin 729-u kənd və qəsəbə məktəbləri olub). Onlardan ən yaxşı nəticə göstərən 450 şagird (hər sinif üzrə 150 şagird) final mərhələsinə vəsiqə qazanıb. Mərkəzləşdirilmiş qaydada keçirilən final mərhələsində 54 şagird qalib elan olunub (9 birinci, 18 ikinci, 27 üçüncü yer – hər sinif üzrə 3 birinci, 6 ikinci və 9 üçüncü yer).

İştirakçıların 51%-i oğlan, 49%-i qızlar olub. Qaliblərin isə 59%-ni oğlanlar, 41%-ni qızlar təşkil edib.

Bu yaş kateqoriyasında təhsil alan hər 10 şagirddən 4-ü müsabiqədə iştirak edib.

– Bildiyimiz qədər müsabiqədə təkcə şagirdlər deyil, məktəblər də yarışırdı. Nəticələr necə oldu? Seçilən məktəblərimiz hansılardır?

– Şagirdlər müsabiqədə əldə etdikləri nəticələrlə yalnız fərdi şəkildə deyil, həmçinin məktəblərin yarışında da iştirak ediblər. Məktəblər bu istiqamətdə 2 nominasiya üzrə təltif olunub: “Ən yaxşı nəticə” və “Ən fəal iştirakçılıq”.

“Ən fəal iştirakçılıq” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

Oğuz rayonu, Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbi,
Oğuz rayonu, Bayan kənd tam orta məktəbi,
Oğuz rayonu, Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbi,
Şamaxı rayonu, Ağadur Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbi,
Quba rayonu, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi,
Xaçmaz rayonu, Tarverdi Bayramov adına Müşkür kənd tam orta məktəbi,
Sumqayıt şəhəri, humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi,
Quba şəhəri, Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəb,
Xaçmaz şəhəri, İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb,
Siyəzən şəhəri, Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəb.

“Ən yaxşı nəticə” nominasiyası üzrə qalib məktəblər aşağıdakılardır:

Sumqayıt şəhəri, təbiət elmləri təmayüllü gimnaziya,
Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü lisey,
Oğuz şəhəri, Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey,
Ağdaş şəhəri, Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya,
Lənkəran şəhəri, Səidəli Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey,
Şəki şəhəri kimya və biologiya təmayüllü lisey,
Sumqayıt şəhəri, Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi,
Zaqatala şəhəri, Şixamir Qaflanov adına humanitar fənlər gimnaziyası,
Gəncə şəhəri, İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey,
Sumqayıt şəhəri, Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəb.

Ən yaxşı nəticə göstərən 10 məktəb siyahısında Sumqayıtdan 3, Gəncədən 2, Ağdaş, Lənkəran, Oğuz, Şəki və Zaqatala-dan 1 məktəb yer alıb. Ən fəal iştirakçılıq nümayiş etdirən 10 məktəb siyahısında Oğuzdan 3, Xaçmazdan 2, Qubadan 2, Şamaxı, Siyəzən, Sumqayıtdan 1 məktəb yer alıb.

– Bəs qalib sayına görə hansı bölgələrimiz fərqlənib?

– Bildirim ki, 54 qalibin 26-sı Bakı, 10-u Sumqayıt, 3-ü Gəncə, 2-si Abşeron, 2-si Bərdə, 2-si Şəkidən olub. Ağdaş, İsmayıllı, Lənkəran, Naxçıvan, Qəbələ, Qusar, Saatlı, Şəmkir, Şirvandan isə hər rayon/şəhər üzrə 1 şagird qalib adını qazanıb. Bundan əlavə qaliblər arasında 24 şagird lisey və gimnaziyalarda, qalan 30 şagird tam orta təhsil müəssisələrində təhsil alır. 2 qalib isə kənd məktəbinin şagirdidir.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.