Bütün xəbərlər
6 may, 16:55

Yazın qarışıq havasının hökm sürdüyü günlərdən biridir. Yolumuz Ağdamın bir neçə kilometrliyindəki Qaradağlı kəndinədir. Bəzən buludlara qalib gəlib özünü göstərən Günəş şüaları, bəzən də havanı gecə qaranlığına bənzədən bulud bizə yoldaş olur. Qəribədir, bəlkə də Günəş azadlığını qeyd edən torpağın, bulud isə itirilən, dağıdılan yerlərin simvolu kimi bizi müşayiət edirdi. 
Artıq Qaradağlıdayıq. Gəlişimizin səbəbi yaşına görə kifayət qədər uğurları olan Zeynəb Məmmədlidir.

"Özümü bürünc medala hazırlamışdım"

Zeynəb Qaradağlıda yerləşən kənd məktəbinin 10-cu sinfində oxuyur. Özünün dediyi kimi, biologiya fənninə marağı onun ötən il Respublika Fənn Olimpiadasında gümüş medal qazanmasına səbəb olub. 
"İlk dəfə 8-ci sinifdə Beynəlxalq Steam Azərbaycan festivalında qalib olmuşam. Ötən il isə RFO-da balımı az hesablayıb özümü bürünc medala hazırlamışdım. Amma cavablar açıqlananda tam fərqli oldu. 2-ci yerə çıxmışdım, sevincimdən yerə-göyə sığmırdım. Bu il də “Sabahın alimləri” müsabiqəsində tibb kateqoriyası üzrə gümüş medal qazandım. Uğurlarımın üzərinə yeni biri də əlavə olundu",- deyə uğurlarını bir-bir sadalayır.
Arabir bizə yaxınlaşmaq istəyən, ancaq söhbətimizi kəsər deyə yaxınlaşmayan məktəb direktorunu görürəm. Şagirdinin uğuruna sevinən biri olaraq ona da yaxınlaşmağı diqqətimdə saxlayıram.

"Ümid edirəm ki, bütün hədəflərimə çatacam"

Zeynəblə söhbətimizi davam etdiririk:
"Anam biologiya müəllimidir. Evimizin hər yerində bu fənnə aid kitablar var. Elə buna görə məndə də maraq yaranmışdı. Əslində 7-ci sinifdə oxuyandan  biologiyadan müsabiqələrə qatılırdım, ancaq yer tuta bilmirdim. Ruhdan düşmədim. Daha  çox çalışdım".

O, danışarkən ona dəstək olan ailəsindən, onun yarışlara hazırlanmasına kömək edən anasından danışmağı da unutmur. 
"Valideynlərim mənə təhsilimdə həmişə dəstək olublar. Məsələn, "Sabahın alimləri" müsabiqəsinə hazırlaşmağımda anamın böyük əməyi olub. Yarışlara isə çox vaxt atamla gedirəm. Onlar məni sıxmayıblar, seçimlərimə hörmət ediblər. Qarşıma hədəfim üçün çalışmağı məqsəd qoymuşam. Gələcəkdə təhsilimi tibb sahəsi üzrə davam etdirmək istəyirəm. Bu ölkəmizdə, yaxud xarici universitetlərdə də ola bilər. Valideynlərim də bunu istəyir. Uğurlarımı daha da artırmaq istəyirəm. Ümid edirəm ki, bütün hədəflərimə çatacam. Mənim məsuliyyətli və özümü dərk etməyimdə rolu olan müəllimlərimin hər birinin uğurlarımda payı var".

“Bacaracaqsan, sənin uğurların qarşıdadır”

Zeynəbin anası Rəqsanə xanım da söhbətə qoşulur. 
O, məktəbin biologiya və STEAM müəllimidir. 
"Yarışlarda Zeynəblə bərabər iştirak edirik. Bərabər böyüyürük deyək. İlk dəfə STEAM müsabiqəsində "ağıllı şəhər" layihəsi üzrə iştirakçı olduq və kubokla qayıtdıq. 
Zeynəbi müqayisə etmirəm. "Bacaracaqsan, sənin uğurların qarşıdadır",- deyə ona dəstək olmuşam. Həkim olmaq öz istəyidir. YÖS imtahanına da hazırlaşır. Hələ  dəqiq qərar verməyib. Bütün hallarda onu dəstəkləyirik, yanında olduğumuzu göstəririk. Ola bilər ki, bəzən məğlubiyyəti olsun, amma ruhdan düşmək olmaz".

Yekunda direktor Elşən Məmmədlinin da fikirlərini öyrənmək istəyirəm. Çox fərqli aura ilə danışmağa başlayır. Bayaqdan bəri üzündən əskilməyən sevinclə deyir: "Qızımın hər zaman yanındayam. Ona dəstəyəm!"
Bəli, hər iki valideyn həm şagirdi, həm də qızı haqqında danışırdı. Amma valideyn, yoxsa müəllim kimi sevgiləri daha güclü idi, bilmirəm. Çünki qazanılan hər uğurda birgə əziyyətləri var.

1 /1

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.