Bütün xəbərlər
15 sentyabr, 17:20

Səhərin erkən saatlarında adətən yuxudan qalxmaqda çətinlik çəkən oğlum bu dəfə məni təəccübləndirdi. Hətta özü məni oyadaraq “gecikməyək” deyə xəbərdarlıq etdi. Həvəslə formasını geyinməsi, saçını səliqəyə salması, çantasını kürəyinə taxması – bütün bunlar yeni başlayacaq həyat yolunda onu nələrin gözlədiyinə olan marağın, həyəcanın təzahürü idi. Gözlərindəki sevinc, dodaqlarındakı təbəssüm mənim üçün ən dəyərli mənzərə idi. O an öz məktəb günlərim yadıma düşdü. 1-ci sinfə gedərkən tam olaraq hansı hissləri yaşadığımı xatırlamasam da, məktəbə gedərkən eyni istəklə, eyni həvəslə oyanmağım gözümün önündə canlandı.

Məktəbin həyətinə qədəm qoyduqda artıq “Bilik günü” tədbiri başlamaq üzrə idi. Sonra səhnəyə çıxan birincilər sanki məktəbin ən işıqlı ulduzları idilər. Onların saf, titrək, amma ürəkdən gələn səsləri ilə oxuduqları “Sağ ol, ey Vətən!”, “Qarabağ, can Qarabağ!” mahnıları havada başqa bir ab-hava yaradırdı. Hər sətirdə, hər notda uşaq səmimiyyəti ilə yanaşı sevinc və həyəcan hiss olunurdu. Dinləyənlərin gözlərində qürur, ruhlarında isə zəfərin, müstəqilliyin dəyəri vardı.

Bu gün təkcə yeni dərs ilinin başlanğıcı deyil, həm də minlərlə uşağın həyatında yeni bir səhifənin açılması deməkdir. Məktəblərin həyətləri yenidən uşaqların səsi ilə canlanır, dərs həyəcanı ilə dolan şagirdlərin təlaşını, müəllimlərin səmimi gülüşünü əks etdirir. Bu gün məktəb həyətı yenidən qaynayır. Ən böyük həyəcan isə 1-ci sinfə qədəm qoyan balacaların payına düşür. Məktəb həyatına ilk addımı, müəllimlə ilk tanışlığı, sinif yoldaşları ilə ilk təəssüratları onların yaddaşlarında silinməz iz buraxır. Bu kiçik addımlar gələcəkdə böyük uğurların təməlini qoyur. 

Zamanın bu qədər sürətlə ötüb keçdiyini duymaq insana qəribə hisslər yaşadır. Valideyn olaraq hər birimizin arzusu övladlarımızın vətənə, millətə layiqli bir vətəndaş kimi yetişməsidir. Bu yolda ən böyük yük isə məktəbin üzərinə düşür. Məktəb uşaqların savadının, düşüncə tərzinin formalaşdığı, gələcəyin ziyalılarının yetişdiyi müqəddəs ocaqdır. Ailə ilə məktəbin birgə əməkdaşlığı nəticəsində bu fidanların sağlam, bilikli və vətənpərvər böyüməsi təmin oluna bilər. Axı biz birlikdə güclüyük.

Həm də bu gün məktəbə qədəm qoyan uşaqlar artıq başqa bir dövrün övladlarıdır. Biz “Qarabağ”, “Şuşanın dağları” mahnıların  indi ürkək, kövrək baxışlarla deyil, qürur, zəfər və fəxr hissi ilə oxuyuruq. Yeni nəsil isə həmin zəfərin, qürurun, fəxrin daşıyıcısı olaraq böyüyəcək. Bu birincilər məktəbdə zəfərimizi öyrənəcək, tariximizi yaşadacaq, gələcəyin möhkəm dayağına çevriləcəklər.

Müəllimlərin rolu isə bu gündə xüsusilə ön plana çıxır. Onlar yalnız dərs demir, həm də gələcəyin vətəndaşlarını yetişdirirlər. “Bilik günü” həm də müəllim zəhmətinin, əzm və səbirinin simvolu kimi qəbul edilir. Onların əllərində böyüyən bu fidanlar sabahın ziyalılarına, alimlərinə, qəhrəmanlarına çevriləcək.

Bu gün məktəb qapısından içəri qədəm qoyan hər balaca addım gələcəyin uğurlarına aparan ilk addımdır. Minlərlə uşaq yeni arzularla, minlərlə valideyn ümidlə, minlərlə müəllim isə fədakarlıqla bu yola qoşulur. Hər addım gələcəyin qurucularına, vətənpərvər və müstəqil ruhlu nəsillərə açılan işıqlı bir qapıdır.

1 /1

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.