Bütün xəbərlər
15 sentyabr, 15:54

“Bilik günü”ndə Göyçay rayonu Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta ümumtəhsil məktəbinin yeni tikilmiş binasının açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı Sabir Hacıyev, Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev, Göyçay Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. Bildirilib ki, müasir tələblərə uyğun inşa edilən bu məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün zəruri şərait yaradılıb.

Məktəb 360 şagird yerlikdir. Tədris binasında 15 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, 1 informatika otağı, kitabxana, 120 nəfərlik akt zalı, idman zalı və hərbi hazırlıq kabineti  var. Məktəbdə 302 şagird təhsil alır. Təhsil müəssisəsinin 38 nəfər pedaqoji, 14 nəfər texniki işçisi var.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar, sinif otaqlarına, fənn kabinetlərinə, idman və akt zallarına baxış keçiriblər.

1 /9

Şərhlər

Xəbər lenti

7 oktyabr, 21:57

Naxçıvanda musiqi rəhbəri vakansiyası elan olunur

7 oktyabr, 17:24

“Bu təqaüd mənim üçün böyük məsuliyyətdir” – Prezident təqaüdçülərinin təəssüratları

7 oktyabr, 17:19

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

7 oktyabr, 16:59

“Ali riyaziyyat üzrə yarış – 3”ün qalibləri mükafatlandırılıb

7 oktyabr, 16:35

“Gündəlik xərclərim və təhsil məsələlərimdə bu təqaüd mənə böyük dəstək olacaq” – Prezident təqaüdçüləri

7 oktyabr, 16:16

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

7 oktyabr, 15:26

İlham Əliyev: Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq

7 oktyabr, 15:08

Nobel laureatlarının kəşfi elmi və klinik irəliləyişlərə təkan verəcək – Gənc tədqiqatçı

7 oktyabr, 14:48

ADPU-da “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

7 oktyabr, 13:59

Fizika üzrə Nobel laureatlarının adları açıqlandı

7 oktyabr, 13:45

73 yaşlı tələbə III MDB Oyunlarının könüllüsü oldu 

7 oktyabr, 13:40

Ən çox kredit alanlar bu ixtisaslarda oxuyurlar – SİYAHI

7 oktyabr, 13:32

Təhsil tələbə krediti üçün ayrılan vəsaitin məbləği artıb

7 oktyabr, 13:30

Tələbələrin 470 min manatdan çox kredit borcu bağışlanıb

7 oktyabr, 13:28

24 ailədən üç nəfər təhsil tələbə krediti alıb

7 oktyabr, 13:26

Ən çox kredit alanlar bu universitetlərin tələbələridir – SİYAHI

7 oktyabr, 13:20

Mütəxəssis: Karyera planlamasında valideyn-dost məsləhətləri hər zaman uğurlu olmur – MÜSAHİBƏ

7 oktyabr, 13:12

Tələbələrə 60 milyon manatdan çox təhsil krediti verilib

7 oktyabr, 13:03

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.