Bütün xəbərlər
6 may, 14:40

Qeyd edildiyi kimi, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının (RFO) qalibləri elan edilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri ən yüksək nəticə göstərən məktəblilər sırasındadırlar. 
    
"Azərbaycan müəllimi" RFO-da tarix fənni üzrə birinci yerə layiq görülmüş şagirdlərlə həmsöhbət olub.

“Qalib olmağımın səbəbi heç zaman təslim olmamağım, məqsədlərimə doğru əzmlə irəliləməyimdir”

Məhəmməd Quliyev 2009-cu il təvəllüdlüdür və Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. RFO-dan əvvəl ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsində 1-ci yerə layiq görülüb. O, bu müsabiqədə Abşeron-Xızı regionu üzrə qalib elan edilən 5 şagird arasında birinciliyə yüksələn yeganə məktəblidir. Məhəmməd bu müsabiqəyə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə  dair müxtəlif sahələri əhatə edən mövzuları əzbərləyərək deyil, şüurlu dərk edərək öyrəndiyini, hazırlaşdığını bildirir. Bu yolda ona məktəbin tarix müəllimi Hənifə Hüseynova, eləcə də Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Piriyeva dəstək olublar.

Müsabiqə haqqında məlumat verən şagird vurğulayır ki, iştirakçılara Ulu Öndər Heydər Əliyevə aid “Azərbaycançılıq ideologiyası”, “Ordu”, “Təhsil və mədəniyyət”, “Mənim doğma şəhərim”, “Gənclər siyasəti”, “Müstəqilliyimizin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” kimi mövzulara aid suallar verilib: “Özümə əmin idim, çünki bütün mövzulara tam hazır idim. Çıxışım gözlədiyimdən də gözəl alındı. “Mənim doğma şəhərim Sumqayıt” mövzusunu finalda danışdım. Birinci yerə çıxdığımı öyrənərkən böyük qürur hissi keçirdim və bu, təhsil həyatımın ən böyük uğurlarından biridir”.

Dərs əlaçısı olan Məhəmməd Quliyevin əvvəlki tədris illərində də nailiyyətləri az olmayıb. O, 2022-2023-cü tədris ilində RFO-da tarix fənni üzrə bürünc, 2023-2024-cü tədris ilində gümüş medal qazanıb. 2024-cü ildə Sumqayıt Dövlət Universitetində tarix fənni üzrə təşkil olunan regional olimpiadada 1-ci yer qazanıb. 2025-ci ilin mart ayında Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə regional nümayəndəsi seçilib. 

Məhəmmədin növbəti ən böyük uğurlarından biri isə tarix fənni üzrə builki RFO-nun finalında yuxarı yaş qrupu üzrə bütün iştirakçılar arasında maksimal 30,5 bal toplayaraq respublika üzrə “Birincilərin birincisi” adına layiq görülməsi və qızıl medal qazanması olub. Olimpiada qalibi uğurunun sirrini belə izah edir: “Qalib olmağımın səbəbi çalışqanlığımla bərabər, heç zaman təslim olmamağım, məqsədlərimə doğru əzmlə irəliləməyim və təhsil sahəsində bizə yaradılan şəraitdən faydalanmağımdır”.

Nümunəvi məktəblimizin ən böyük arzusu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Beynəlxalq münasibətlər" ixtisası üzrə ali təhsil almaqdır. 

“Həmişə arzulayırdım ki, ən sevdiyim fəndən medalım olsun” 

Cavad Babayev 2010-cu ildə anadan olub, Xırdalan şəhəri Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Bütün fənlər üzrə dərslərini yaxşı oxuyan məktəbli hər il əlaçı olur. Tarix fənninə xüsusi marağını isə Cavad belə təsvir edir: “Qarabağ köçkünlərinin başına gələnlər tarixi seçməyimin əsas səbəbidir. Digər səbəb isə odur ki, vətənpərvər ailədə böyümüşəm. Qohumlarımın əksəriyyəti müharibə iştirakçısıdır. Bir də uşaq vaxtından tarixi kitablar oxuyurdum. RFO-ya marağım tarixə olan marağımdan irəli gəlir. Tarix müəllimim Kamilə Qəhrəmanova bu fənni mənə daha da sevdirib, biliyimi artırmağa səbəb olub. Həmişə arzulayırdım ki, ən sevdiyim fəndən medalım olsun. Çox qürurluyam ki, bu mənə nəsib oldu!”.

Olimpada imtahanları haqqında bəhs edən Cavad Babayev özünə inandığını, bununla belə həyəcan keçirdiyini dilə gətirir: “Bəzən həyəcan mənə mane olurdu. 9-cu sinif buraxılış imtahanı həyəcanımı daha da artırırdı. Buraxılış imtahanının nəticəsi hələ açıqlanmasa da, 260 baldan yüksək nəticə göstərəcəyimi düşünürəm. Həyəcanıma qalib gəlmək üçün ailəm məni davamlı ruhlandırır. Onlar hər zaman mənə inanıb və yanımda olublar”.

“Ağdama qayıtmaq ən böyük arzumdur”

Cavad qeyd edir ki, 3-cü sinifdən əlaçı olduğuna və fəallığına görə hər il məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələr alıb, müxtəlif müsabiqələrin qalibi olub. 2021-ci ildə “Tarixi dəyərlərimiz” adlı bilik yarışında, 2023-cü ildə “Həmrəylik yarışı” adlı müsabiqədə, 2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Qaradağ rayon təhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda keçirilən bilik olimpiadasında birinci yerə, “Xəzər İntellektual Gənclər Klubu”nun təşkil etdiyi “Məktəblilərin intellekt liqası” layihəsində isə I yerə və qızıl medala layiq görülüb. Bu il RFO-da qızıl medal əldə etməsi onun ən böyük nailiyyətlərindən biridir.  

Öyrənməni hobbiyə çevirən Cavad Babayev arzusunu dilə gətirir: “Hüquqşünas olaraq doğma yurduma - Ağdama qayıtmaq ən böyük arzumdur. Hədəfim ADA Universitetində Hüquq fakültəsini bitirmək, Vətənimə, elimə, yurduma layiqli vətəndaş olmaqdır”.  
Məktəblilərimizi qazandıqları uğur münasibətilə təbrik edir və onlara müvəffəqiyyət diləyirik. 

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.