Bütün xəbərlər
8 may, 12:08

Lənkəran-Astara Regional Təhsil İdarəsində PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

"Azərbaycan müəllimi" LARTİ-yə istinadən xəbər verir ki, görüşdə idarənin müdiri Bəhruz Mehdiyev, müdir müavini Rəhim Rəhimov, Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, əməkdaşları və məktəb direktorları iştirak ediblər. 

Bəhruz Mehdiyev çıxışı zamanı bildirib ki, PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında 2025-ci ildə Cəlilabad rayonu üzrə 7, Lənkəran rayonu üzrə 5, Masallı rayonu üzrə 4, Astara rayonu üzrə 3, Yardımlı rayonu üzrə 2, Lerik rayonu üzrə isə 1 təhsil müəssisəsi olmaqla, ümumilikdə region üzrə 22 məktəbin şagirdləri iştirak edəcəklər.

Görüşdə tədqiqat prosesində həyata keçiriləcək bütün addımlara yenidən nəzər salındı və prosesin təşkili ilə bağlı müzakirələr aparıldı.

Qeyd edək ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədqiqatdır. Ölkəmizdə tədqiqat Təhsil İnstitutu tərəfindən həyata keçiriləcək. Tədqiqatda ölkə üzrə 8 minə yaxın şagird iştirak edəcək.

1 /6

Şərhlər

Xəbər lenti

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.