Bütün xəbərlər
10 iyun, 13:40

Respublika fənn olimpiadalarında (RFO) uğur qazanan hər bir şagirdin qalibiyyətinin arxasında böyük zəhmət, məqsədyönlü hazırlıq və onları dəstəkləyən insanların motivasiyası dayanır. 

“Azərbaycan müəllimi” olimpiada qalibləri olan Füzuli Həsənov, Kərim Kərimov və Əziz Mirzəyevin uğur hekayələrini təqdim edir.

“Biologiyaya sevgim VI sinifdən başlayıb”

Lənkəran şəhəri Xarici dillər təmayüllü internat tipli gimnaziyanın şagirdi Füzuli Həsənov X sinifdən olimpiadalara qatılır. Biologiyaya sevgisi və ümumilikdə elmə marağı onu araşdırmağa və daha çox öyrənməyə sövq edib:

“VII sinifdən biologiyanı sevərək oxumuşam. Lakin X sinifdə olimpiadalarda iştirak etmək qərarı verdim. Bu da məni həmin fənni daha dərindən oxumağa motivasiya etdi”.

Hazırlıq prosesinin çətin, lakin inkişaf etdirici olduğunu bildirən Füzuli həm yerli, həm də xarici mənbələrdən geniş istifadə etdiyini vurğulayır. Nailiyyətinin arxasında dayanan əsas motivasiya mənbələri isə müəllimi və ailəsidir:

“Olimpiadaya hazırlıq asan deyil. Təkcə dərsliklərlə kifayətlənmək mümkün deyil. Daha çox araşdırma aparmaq lazımdır. Mən yerli olimpiada kitablarından və internetdəki xarici resurslardan istifadə etmişəm. Bu yolda ən böyük motivasiyanı valideynlərim və müəllimim verib”.

Füzuli gələcəkdə tibb sahəsində təhsil almağı planlaşdırır. O, söhbətimizin sonunda həmyaşlarına tövsiyələrini də verir:

“Biologiya olimpiadasında qazandığım uğur məni tibb sahəsinə yönəltdi. Bu hazırlıq zamanı əldə etdiyim bilik və təcrübənin universitetdə də faydalı olacağını düşünürəm. Digər şagirdlərə tövsiyəm budur: Araşdırmağı sevin. Bu, olimpiadaçı üçün çox vacibdir. Həmçinin nəzəriyyəni oxuyarkən effektiv öyrənmə üsullarından istifadə etmək və mövzular arasında əlaqə qurmaq da lazımdır”.

“Rəqiblərimin zəkalı şagirdlər olduğunu bilmək mənə stimul verdi”

Cəlilabad rayonu M.Ağayev adına Üçtəpə kənd tam orta məktəbin X sinif şagirdi Kərim Kərimov biologiya fənni üzrə RFO-da gümüş medal qazanıb. Olimpiadaya hazırlıq prosesini belə xatırlayır:

“RFO-ya hazırlıq çətin olsa da, maraqlı keçdi. Müxtəlif beynəlxalq ədəbiyyatlardan da istifadə etdim”.

Final mərhələsində onu ən çox həyəcanlandıran məqam isə güclü rəqibləri olub:

“Finalda rəqiblərimin ölkənin ən ağıllı şagirdləri olduğunu bilmək məni daha çox çalışmağa sövq etdi. Uğurum çəkdiyim zəhmətin bəhrəsi idi və bu mənə çox müsbət təsir etdi. Valideynlərimin və müəllimlərimin sevincini görmək isə ayrı bir qürur idi”.

Kərim də tibb sahəsində təhsil almaq istəyir və uğurunun əsas dayaqlarından birinin ailəsi və müəllimləri olduğunu vurğulayır:

“Bu yolda öyrəndiklərimin mənə uzunmüddətli faydası olacağına inanıram. Müəllimlərimin və ailəmin RFO-ya hazırlıq prosesində mənəvi dəstəyi uğurumu təmin edən əsas amillərdəndir. Hər birinə təşəkkür edirəm”.

“Bu uğur arzularımın başlanğıcıdır”

Cəlilabad rayonu H.Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əziz Mirzəyev coğrafiya fənni üzrə RFO-da gümüş medal qazanan ən gənc iştirakçılardan biridir. Onun uğur yolunda əsas bələdçisi müəllimi Saməddin Əliyev olub:

“Belə parlaq nəticə əldə etməyimin başlıca səbəbi müəllimim Saməddin Əliyevin əməyi və motivasiyasıdır. Bizim bir şüarımız var: Nə qədər zəhmət çəksən, mükafatın da bir o qədər böyük olar”.

Əziz əldə etdiyi uğura müəllimi ilə yanaşı ailəsi, məktəb kollektivi və dostlarının dəstəyi ilə də çatdığını bildirir:

“Çox zəhmət çəkdik və nəticəsini gördük. Əgər məni dəstəkləyən insanlar olmasaydı, bəlkə də ilk mərhələni belə keçə bilməzdim. Ailəm, müəllimlərim, direktorumuz İlahə Dadaşova, sinif yoldaşlarım və digər dostlarım, bir sözlə hamı məni dəstəkləyirdi. 

Heç bir mərhələdə həyəcanlanmadım. Bunun əsas səbəbi özümə inamım idi. Qalib olduğumu eşidəndə isə çox sevindim. Ailəm, müəllimlərim və məktəb kollektivi məni təbrik etdi”.

Əziz coğrafiya sahəsi üzrə böyük planlar qurur:

“Gələcəkdə coğrafiya ilə bağlı sahələrdə işləmək istəyirəm. Coğrafiya müəllimi, iqtisadçı, bəlkə də iqtisadiyyat naziri olaram. Bu uğur arzularımın başlanğıcıdır”.

Sonda isə həmyaşlarına səmimi tövsiyələr verir və təşəkkürlərini bildirir:

“Olimpiadada iştirak etmək istəyənlərə düzgün istiqamət verilməlidir. Seçdikləri fənni dərindən öyrənsinlər. Çünki olimpiada ən gözlənilməz məlumatları belə qarşıya çıxarır”. 

Əldə etdikləri nailiyyətlərlə həm müəllimlərini, həm də ailələrini sevindirən bu gənclər Azərbaycan təhsilinin gələcəyinə ümidlə baxmağa əsas yaradır. Onların əzmi, iradəsi və biliyə olan sevgisi bir daha sübut edir ki, ölkəmizin istedadlı şagirdləri üçün uğur yolları açıqdır, yetər ki, onları vaxtında kəşf edib doğru istiqamətlə dəstəkləyək.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.