.jpg)
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən hazırlanmış dərsliklərin qiymətləndirilməsi üçün ekspert xidmətləri üzrə müsabiqə elan olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, seçilmiş ekspertlər aşağıdakı fənlər üzrə dərslik komplektlərinin (dərslik və dərsliklə komplekt təşkil edən metodik vəsait) layihələrini müvafiq meyarlar əsasında qiymətləndirəcəklər:
• Azərbaycan dili (tədris dili);
• Azərbaycan dili (dövlət dili);
• Riyaziyyat;
• Həyat bilgisi;
• Azərbaycan tarixi;
• Coğrafiya;
• Fizika;
• Biologiya;
• Kimya.
Əlavə olaraq, dərsliklərin dil-üslub baxımından qiymətləndirilməsi üzrə də (Azərbaycan və rus dillərində) ekspert xidməti tələb olunur.
Müraciətlərin qəbulu derslik@edu.gov.az elektron poçt ünvanı üzərindən aparılır.
Müsabiqədə iştirak üçün son müraciət tarixi 24 oktyabr 2025-ci il, saat 21:00 müəyyən edilib.
Müsabiqə barədə əlavə məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.
Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər