
Artıq iki ildir ki, fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universiteti (TAU) dünyanın ilk “çətir universitet” modelini təmsil edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu ali təhsil müəssisəsi Türkiyənin üç aparıcı universitetinin - Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU) və Hacettepe Universitetinin akademik proqramlarını özündə birləşdirir.
TAU-da tədris prosesi ingilis dilində aparılır. Kompüter mühəndisliyi ixtisası üzrə ODTU-nun, sənaye mühəndisliyi üzrə İTU-nun, qida mühəndisliyi üzrə isə Hacettepe Universitetinin tədris proqramları tətbiq olunur. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomları təqdim ediləcək.
Hazırda universitetdə 180-nə yaxın tələbə təhsil alır. Onlar həm nəzəri, həm də praktiki bilikləri Türkiyə və Azərbaycanın akademik mühitlərinin sintezində qazanırlar. Bu model tələbələrə beynəlxalq səviyyədə rəqabət qabiliyyətli bilik və bacarıqlar əldə etmək imkanı yaradır.
Təhsil TV-nin Türkiyə-Azərbaycan Universitetinə dair aşağıda təqdim etdiyimiz videoreportajında universitetin yaranma məqsədi, tədris sistemi, tələbə həyatından görüntülər və gələcək inkişaf planları təqdim olunur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər