Bütün xəbərlər
19 oktyabr, 16:09

Oktyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin  “Müasir Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda tələbələrlə görüşü təşkil olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş Ulu Öndər Heydər Əliyevin irsinin təbliği və gənc nəsillərə daha dərindən çatdırılması məqsədilə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev təşkil olunan görüşün həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. 

O qeyd edib ki, 18 oktyabr Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqilliyin bərpasından sonra keçilən yolun təhlili baxımından da mühüm bir mərhələdir. Bununla yanaşı, Anar Nağıyev çıxışında, həmçinin 17 oktyabr tarixinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, 2020-ci ilin məhz bu günü Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad edib və həmin tarixin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 17 oktyabr “Füzuli şəhəri günü” elan olunub. Rektor bu qərarın həm tarixi ədalətin bərpası, həm də şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıb.

A.Nağıyev çıxışında tədbirin mövzusunun mahiyyətinə toxunaraq bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi və memarı, Ulu Öndər Heydər Əliyevin irsi bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Gənc nəslin bu irsi dərindən öyrənməsi və mənimsəməsi istiqamətində universitetin qarşıya qoyduğu vəzifələrdən danışan rektor bu baxımdan Dilarə Seyidzadə ilə keçirilən görüşləri xüsusi əhəmiyyətli adlandırıb.

A. Nağıyev çıxışının davamında Dilarə Seyidzadənin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək onun yalnız alim və dövlət xadimi kimi deyil, həm də Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin, liderlik xüsusiyyətlərinin və dövlətçilik fəlsəfəsinin canlı şahidi kimi fəaliyyətinin xüsusi qeyd olunmalı olduğunu bildirib. O vurğulayıb ki, Milli Elmlər Akademiyasının professoru Dilarə Seyidzadə ölkənin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilən, zəngin təcrübəyə malik ziyalılarımızdandır. 

Həmçinin rektor qeyd edib ki, Dilarə xanım universitetin təşəbbüslərinə daim açıqdır, tələbələrlə, pedaqoji heyətlə keçirilən görüşlərdə müntəzəm iştirak edir və öz dəyərli fikirlərini bölüşür. 

O bildirib ki, D. Seyidzadənin Heydər Əliyevlə uzun illər davam edən fəaliyyəti və həmin dövrdə şahidi olduğu hadisələr və dövlət quruculuğu prosesi ilə bağlı təcrübələri gənc nəslin formalaşmasında əvəzsiz əhəmiyyət daşıyır.

Çıxış edən Prezidentin sabiq köməkçisi Dilarə Seyidzadə universitetin elm və təhsil mühitindəki rolunu yüksək qiymətləndirərək qeyd edib ki, BSU həmişə dəyərli ziyalıların yetişdiyi, elmin və biliklərin formalaşdığı önəmli bir ocaq kimi fərqlənib. 

D. Seyidzadə çıxışı zamanı tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq “Bu tədbir mənim üçün olduqca vacibdir. Mən hər zaman bildirirəm ki, tarix elə bir sahədir ki, onu faktlarla danışmaq lazımdır. Tarixi danmaq mümkün deyil, çünki hər bir dövrün hadisələri və reallıqları gələcək nəsillərə də eyni obyektivliklə çatdırılmalıdır,” – deyə bildirib.

Professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə tanışlığından və onunla keçirdiyi görüşlərdən bəhs edib. O Ulu Öndərin dərin zəkası, insani münasibətləri və yüksək siyasi mədəniyyəti ilə hər kəsdə güclü təəssürat yaratdığını qeyd edib. D.Seyidzadə Ulu Öndərin xüsusilə ziyalılarla və gənclərlə ünsiyyətdə səmimi, eyni zamanda prinsipial mövqe sərgilədiyini vurğulayıb. Professor qeyd edib ki, bu xatirələr yalnız şəxsi təcrübə deyil, həm də bir dövrün tarixi yaddaşıdır və gənclər üçün mühüm örnək ola bilər.

Daha sonra görüş interaktiv şəkildə davam edib, tələbələr və professor-müəllim heyəti professor Dilarə Seyidzadəyə suallar ünvanlayaraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.

1 /10

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.