
“İqlim təhsili siyasətimiz sadə, amma davamlıdır. İlk növbədə, müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırmağa diqqət yetiririk”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfrans çərçivəsində təşkil edilən birinci texniki sessiyada Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı “Mövcud yaşıl təhsil təşəbbüsləri”ilə bağlı təqdimatı zamanı səsləndirib.
O qeyd edib ki, müəllimlər bu transformasiyanın mərkəzindədir və əsas məqsədlərdən biri onlara ekoloji savadlılığı təşviq etmək və davamlılığa yönəlmiş tədrisi həyata keçirmək üçün lazım olan bacarıq və kompetensiyalara yiyələndirməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər