Bütün xəbərlər
14 aprel, 13:15

Martın 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif üzrə təşkil edilən buraxılış imtahanında maksimal nəticə əldə edən 23 nəfərdən biri Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki Tərtər rayon Rövşən Kərimov adına Sarov kənd tam orta məktəbinin şagirdi Çinarə Quliyevadır. 

"Azərbaycan müəllimi" Çinarə ilə həmsöhbət olub. 

Çinarə deyir ki, yüksək nəticəsi onun həyəcanına daha da həyəcan qatıb. Növbəti imtahana ciddi hazırlaşması üçün motivasiya verib.

"Bu, başlanğıcdır. Növbəti uğurum üçün ilk addımdır. Artıq blok fənlərinə hazırlığımı gücləndirmişəm. İstirahətim, dərslərim üçün vaxtı bacardığım qədər düzgün bölməyə çalışıram. Məncə, fasiləsiz oxumaq mümkün deyil. Əsas kəmiyyət yox, keyfiyyətdir". 

Çinarə hər zaman ona inanan, onu dəstəkləyən valideynlərinin və müəllimlərinin də zəhmətinin çox olduğunu qeyd edir. O, hüquq ixtisası üzrə təhsilini Bakı Dövlət Universiteti, yaxud Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almaq istədiyini bildirir.

Bu gözəl qızla birgə sevinən anası ilə də həmsöhbət oluruq. Dönə-dönə sevincini dilə gətirir. Bütün valideynlərə bu sevinci yaşamağı arzulayır.

Elnarə xanım deyir ki, nəticəni eşitdiyi gündən yerə-göyə sığmırlar. 

"Biz kənddə yaşayırıq. Hər kəs maraqlanır ki, fərqli nə etdiniz? Bəlkə xüsusi hazırlıqlar olub? Xeyr. Sadəcə, kəndimizdə məktəbə gedib. Nəticəsini yaxşı gözləyirdik, amma bu qədər yox. Üzü ağ olsun, əziyyətimiz hədər getmədi. Kiçik bacı-qardaşı da ondan nümunə götürəcəklər".

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.