Bütün xəbərlər
29 iyun, 19:24

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan, Belarus və Rusiyadan olan komandalar da iştirak edib.

Yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə Fövqəladə Hallar Nazirliyinin ötən 20 il ərzində fəaliyyəti və yarışlar haqqında videoçarxlar nümayiş olunub.

Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik və ölkələr arasında dostluğu tərənnüm edən bədii hissə izlənilib, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistanın komandası tutub.

Ümumrespublika birinciliyində isə birinci yerə Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbi, ikinci yerə Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbi, üçüncü yerə isə Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbi layiq görülüb.

1 /15

Şərhlər

Xəbər lenti

29 iyun, 20:18

Peşə mərkəzinin tələbələri böyük uğura imza atıblar

28 iyun, 10:55

Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar

27 iyun, 23:02

Müəllimlərin işə qəbulu müsabiqəsinin vaxtları AÇIQLANDI

27 iyun, 20:44

Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

27 iyun, 10:21

Sertifikasiyada könüllü iştirak edib yüksək bal topladılar

27 iyun, 09:42

Ata və qızı sertifikatlaşdırma imtahanında yüksək bal toplayıb

27 iyun, 09:39

BSU-da “Məzun günü” tədbiri keçirilib

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.