Bütün xəbərlər
3 mart, 17:44

Təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaq məqsədi ilə “AzEdu.az” təhsil portalının təsis etdiyi "Firidun bəy Köçərli" mükafatının qaliblərə təqdimetmə mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, artıq V dəfə keçirilən müsabiqədə qalibləri peşəkar münsiflər heyəti qiymətləndirib. 

Təqdimat mərasimində Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Əməkdar mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “AzEdu.az”ın direktoru Tünzalə Abbasova və mükafata layiq görülən şəxslər iştirak ediblər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Anar İskəndərov, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova və digər iştirakçılar tədbirin çıxışçıları olublar.

 "“AzEdu.az saytının təhsilimizə verdiyi töhfələr və araşdırmalar yüksək qiymətləndirilir”

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Firidun bəy Köçərli” mükafatı ilə bağlı məlumat verərək “AzEdu.az” saytının fəaliyyəti danışıb:

“Saytın fəaliyyəti, eyni zamanda, təhsilimizə verdiyi töhfələr və araşdırmalar yüksək qiymətləndirilir. Bu mükafatın təsis edilməsi olduqca vacib addımdır. Düşünürəm ki, bu, Firidun bəyin Azərbaycan təhsilində qısa müddətdə gördüyü böyük işlərə minnətdarlığın ifadəsidir".

 “Bu mükafat elə şəxslərə verilir ki…”

Elşad Eyvazlı bildirib ki, "Firidun bəy Köçərli" mükafatı təhsilin müxtəlif sahələrinə töhfə verən insanlara təqdim olunur: “Bu mükafat elə şəxslərə verilir ki, onlar daim təhsil sahəsində fəaliyyət göstərirlər”.

E.Eyvazlı məlumat verib ki, “AzEdu.az” bu günə qədər bir çox layihələr həyata keçirib. Onların arasında “Örnək müəllim”, “İlin gənc müəllimi” və “Brend tələbə” kimi təşəbbüslər yer alır: 

“Bu layihələrin əsas məqsədi istər Bakıda, istərsə də bölgələrimizdə təhsilə töhfə verən insanların diqqətdən kənarda qalmamasını təmin etməkdir. Onların əməyi qiymətləndirilməli və diqqət mərkəzində olmalıdır. Çünki bir müəllimə təqdim edilən sertifikat onun üçün böyük stimul ola bilər. Qeyd edim ki, bizim media qrupumuzda “modern.az”, “MediaTürk” və “NewDiaspor.az” yer alsa da, təhsil mövzusu mənə hər zaman daha yaxın olub. Təhsil sahəsində yazı yazarkən anlayırsan ki, bundan gözəl  sahə yoxdur. Düşünürəm ki, gələcəkdə də əməkdaşlığımız davam edəcək. Əgər nominasiya qaliblərinin təklifləri olarsa, onları böyük məmnuniyyətlə dinləməyə hazırıq".

“Firidun bəy Köçərlinin adına təsis olan mükafatı almaq şərəfdir”

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov bildirib ki, təhsil hər kəsin evindədir: “Bu, dünyanın hər yerində belədir. Müəllimlik olduqca çətin sahədir. Müəllimin 3 əxlaq forması var. İlk növbədə ədalətin yerində olması, əxlaqın yerində olması və bir də nəfsin. Firidun bəy Köçərli, sözün əsl mənasında, böyük şəxsiyyət olub. Onun adına təsis olan mükafatı almaq şərəfdir”.

 “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev təqdimat mərasimində çıxışı zamanı rəhbərlik etdiyi agentliyin təkcə işıqlandırdığı xəbərlərlə deyil, həm də təsis etdiyi "Report Media Məktəbi" ilə də təhsil sahəsinə töhfə verdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov müfakata layiq görülməsi ilə bağlı təəssüratını bölüşüb:

"Belə bir mükafata layiq görülmək və belə gözəl insanların əhatəsində olmaq mənim üçün böyük şərəfdir. Azərbaycan Mətbuat Şurasında bu mükafatın təqdim olunması olduqca təqdirəlayiq hadisədir. “Firidun bəy Köçərli” mükafatına layiq görüləcəyimdən xəbərsiz idim, özümü çox sevincli hiss edirəm”.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova “Firidun bəy Köçərli” mükafatına layiq görülməsi münasibətilə təşkilatçılara təşəkkürünü bildirib.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə “F.Köçərli mükafatı”nın onun ilk təltifi olduğunu vurğulayıb. O bildirib ki, bu mükafat media sorğularına qarşı məsuliyyətini 1-ə 5 artıracaq.

Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova sevincini bölüşərək deyib: “Müəllim çörəyi ilə böyüyən insanam. Sinif otağına daxil olduğum ilk gündən elə bilirəm ki, bütün Azərbaycan müəlliminin məsuliyyəti mənim çiyinlərimdədir. Ona görə də mənim pis müəllim olmağa haqqım olmamalıdır. Hər hərəkətimi ölçüb-biçirəm. Verdiyiniz dəyərə görə hər birinizə minnətdaram. Bu gündən sonra daha yaxşı müəllim olmaq üçün çalışacağam”.

Sonda qaliblərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, "Firidun bəy Köçərli" adına mükafata Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova layiq görülüblər.

1 /6

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.