.jpg)
Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ilk dəfə keçirilən və investisiya sahəsində uğurlu karyera qurmaq istəyən tələbə qızların inkişafına yönəlmiş “Gələcəyimizə investisiya” proqramının açılış mərasimi baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir çərçivəsində ARDNF-nin əməkdaşları Fondun fəaliyyəti barədə təqdimatla çıxış edib və ARDNF-nin qadın əməkdaşlarının iştirakı ilə "Nümunəvi liderlik: ARDNF-də qadınların ilhamverici uğur hekayələri" mövzusunda panel müzakirəsi baş tutub.
Qeyd edək ki, iki ay davam edəcək proqramda seçilmiş 8 iştirakçı sahə üzrə ekspertlərlə mütəmadi görüşlər keçirəcək, real iş mühitində iştirak edəcək və mentorluq dəstəyi ilə praktiki biliklər əldə edəcəklər.
Ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər