Bütün xəbərlər
8 may, 16:14

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfrans iştirakçıları öncə ulu öndərin xatirə abidə kompleksini ziyarət ediblər.

“Meşəçilk və biomüxtəlifliyin ərzaq təhlükəsizliyinə və əhali sağlamlığına təsiri” mövzusunda keçirilən konfransı giriş sözü ilə açan LDU-nun rektoru, prof. Natiq İbrahimov bu istiqamətdə elmi araşdırmalara böyük zərurət olduğunu bildirib. Qeyd edib ki, Yer kürəsində bioloji müxtəlifliyin qorunması bütün bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın tərkib hissəsi olmalıdır. Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirildiyini deyən rektor ümummilli lider Heydər Əliyevin dediklərini konfrans iştirakçıların diqqətinə çatdırıb:

“Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”.

Prof. Natiq İbrahimov bildirib ki, əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir, dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx əlaqədardır.

Beynəlxalq elmi-praktiki konfransın işində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxışında qeyd edib ki, bu gün biomüxtəlifliyə ən böyük təhlükə meşə sahələrinin sürətlə azalmasıdır, təkcə 2001-2021-ci illər arasında Yer kürəsində 437 milyon hektar meşəlik ərazisi azalıb. Bu rəqəmlər bizi ciddi narahat etməli, problemin həlli yolunda birgə və səmərəli fəaliyyətə təşviq etməlidir.

Konfransın plenar iclasında prof. Mikayıl Məhərrəmov, dos. Ramiz Şəmmədov və dos. Balayar Şahbazovun məruzələri dinlənilib.

Plenar iclasdan sonra konfrans işini Aqrar və iqtisadiyyat elmləri, Təbiyyat elmləri bölmələrində davam etdirib.

Qeyd edək ki, 9 xarici ölkənin qatıldığı konfransın işində 13 beynəlxalq, 26 respublika ali təhsil müəssisəsi və elmi təşkilat iştirak edir. Konfransa 100-dən artıq məqalə və tezis təqdim edilib.

1 /6

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.