Bütün xəbərlər
25 iyun, 20:54

Sertifikatlaşdırma prosesi həm də maraqlı anlarla yadda qalıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin kimya müəllimi Firuzə Əhmədovanı imtahandan öncə gözündən arı sancıb.

Yaxınları ona imtahana qatılmamağı tövsiyə etsə də, müəllim prosesdə iştirak edib və 55 bal toplayaraq Qax rayonunda öz fənni üzrə birinci olub.

Biz də Firuzə Əhmədova ilə əlaqə saxlayaraq onunla həmsöhbət olmaq, imtahanla bağlı təəssüratlarını öyrənmək istədik.

Firuzə müəllim söhbətə çox pozitiv başladı və bir anda o müsbət enerjisini bizə də ötürməyə müvəffəq oldu.

"Tək gözlə imtahandan 55 bal topladım. İmtahanda hər səviyyədən suallar var idi. İlk 30 sualı bitirəndə cəmi 22 dəqiqə keçmişdi. Proses tam şəffaf şəkildə keçdi. Düşünürəm ki, fənnini bilən və vaxtı düzgün dəyərləndirən hər bir müəllim yaxşı nəticə göstərə bilər".

Firuzə Əhmədova 2011-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsindən məzun olub. 2020-ci ildə MİQ imtahanından keçərək Qaxın Qorağan kəndində müəllimlik fəaliyyətinə başlayıb. Ötən il isə yenidən MİQ imtahanında iştirak edib və 89,6 bal toplayaraq iş yerini Qax şəhər 1 nömrəli tam orta məktəbinə dəyişib.

Firuzə müəllimlə söhbət edərkən dərslərini təcrübələr əsasında keçdiyini, şagirdləri ilə birgə maraqlı təcrübələr apardığını da öyrəndik. Ona fəaliyyətində uğurlar arzu edir, nailiyyətlərinin davamlı olmağını arzulayırıq.

Şərhlər

Xəbər lenti

23 iyul, 17:10

Dual təhsil həyatını dəyişdi – Manikürçü idi, indi bölmə şefidir

23 iyul, 16:22

Məktəbəhazırlıq yeni ünvanlarda: Beynəlxalq təcrübə Azərbaycana gətirilir

23 iyul, 16:19

İkili diplom proqramları təhsilimizə nə vəd edir...

23 iyul, 15:34

Sabahdan magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna start verilir

23 iyul, 14:31

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu 

23 iyul, 14:14

BSU müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

23 iyul, 14:01

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

23 iyul, 13:50

İdris İsayev: İkili diplom proqramlarının tətbiqi universitetlərimizin reytinqlərdəki mövqeyini yüksəldəcək

23 iyul, 12:44

Abşeron–Xızı RTİ tabeliyindəki müəssisələrdə yoxlama: nöqsanlar aşkarlandı

23 iyul, 12:34

Sabahın hava proqnozu açıqlanıb

23 iyul, 12:22

Musiqi sənəti üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

23 iyul, 11:17

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

23 iyul, 10:25

Zəhmətin bəhrəsi: Qızıl nişanlı məzunlar danışırlar

23 iyul, 09:18

ADA Universiteti DİM balı ilə müraciət edənlərə hansı təqaüd imkanları yaradır?

23 iyul, 09:09

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıblar

22 iyul, 21:43

Prezident media nümayəndələrinə müraciət edib

22 iyul, 19:45

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

22 iyul, 17:49

Ali təhsildə “LinkedIn”dən istifadə imkanlarının artırılması müzakirə edilib

22 iyul, 17:10

6 ayda EATDA-ya 39 mindən çox müraciət daxil olub

22 iyul, 16:36

Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - SƏRƏNCAM

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.