Bütün xəbərlər
23 iyul, 16:22

Azərbaycanda son illərdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılır. Hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilir. 

Artıq məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də fəaliyyət göstərəcək. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına edilən dəyişiklikləri də təsdiqləyib. 

Məktəbdənkənar təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının yaradılması mövcud təhsil sisteminə hansı yenilikləri gətirəcək? Bu yanaşmanın üstünlükləri nələrdir?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, Azərbaycanda məktəbdənkənar təhsil müəssisələrinin rolu getdikcə daha da aktuallaşır: 

“Hazırkı qanunvericiliyə əsasən, bu müəssisələr Elm və Təhsil Nazirliyinə tabedir və mövcud hüquqi çərçivədə onların funksiyaları və fəaliyyəti müəyyən olunub. Məktəbdənkənar müəssisələr, əsasən, rəsmi binası olan, fəaliyyət üçün uyğun şəraitə malik və alternativ təhsil imkanları təklif edən qurumlardır. Ölkədə fəaliyyət göstərən bağçaların uşaqları qəbul etmək potensialı kifayət qədər olmadığından məktəbdənkənar təhsil müəssisələrinin də bu prosesə cəlb olunması məqsədəuyğun addımdır. Alternativ müəssisələrə qayğı mərkəzləri, icma əsaslı təhsil müəssisələri aiddir. Hazırda ölkədə bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi təxminən 38 faizdir. Hədəf bu göstəricini 50 faizə çatdırmaqdır. Bu fakt bir daha göstərir ki, məktəbəqədər təhsil müəssisələrinə dəstək verə biləcək qanunvericilik dəyişiklikləri həmin pillənin inkişafı baxımından vacibdir”. 

O qeyd edib ki, uşaqların məktəbəhazırlığı üçün dəstək proqramlarının hazırlanması və icrası olduqca faydalıdır. Dövlətin bu sahədə konkret hədəfi var: “Bu hədəf öz növbəsində mövcud və planlaşdırılan dəstək proqramlarının icrasının vacibliyini göstərir. Bu prosesin uğurla həyata keçirilməsi üçün ixtisaslı kadr potensialı da mövcuddur. Ölkənin müxtəlif universitetlərində, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetində məktəbəqədər təhsil üzrə kadrlar hazırlanır. Regionlarda fəaliyyət göstərən universitetlər də bu ixtisas üzrə mütəxəssislər yetişdirirlər. Həmin kadrlar müvafiq müəssisələrə yönləndirildikdə uyğunlaşma prosesi qısa zamanda baş verə bilər. Bu sahə üzrə təhsil alan mütəxəssislər uşaqların fizioloji, bioloji, psixoloji və pedaqoji inkişafını bildiklərindən bu modeli uğurla tətbiq edə bilərlər”.

Xalidə Həmidovanın sözlərinə görə, alternativ modellərin istifadəsi beynəlxalq təcrübəyə əsaslanan yanaşmadır və ölkədə uyğunlaşdırılaraq tətbiq edildikdə uğurlu nəticələr verir: 

“Əgər beynəlxalq təcrübə uyğunlaşdırılmadan və ölkənin qanunvericiliyinə əsaslanmadan tətbiq olunsa, nəticə uğurlu olmaz. Nazirliyin bu prosesin öhdəsindən layiqincə gələcəyinə inanıram. Son üç ildə bu istiqamətdə xeyli işlər görülüb. Bir neçə il əvvəl ölkəmizdə məktəbdənkənar bir müəssisədə bu model layihə çərçivəsində tətbiq olunub. Bu model “K–1 modeli” adlanır və İsrail təcrübəsinə əsaslanır. Model bir neçə məktəbdənkənar müəssisədə pilot olaraq həyata keçirilib. Həmin proqram vasitəsilə uşaqların erkən yaş dövründə müxtəlif inkişafyönümlü fəaliyyətlərə – rəsm, musiqi, şahmat dərnəklərinə cəlb olunması təmin edilib. Bu model uzunmüddətli prosesə çevriləcək və məktəbəqədər təhsil kurikulumu əsasında tətbiq ediləcək. Nəticədə gözlənilən fayda əldə olunacaq. Hazırda bəzi mərkəzlər nazirliyin ixtisaslaşmış proqramına uyğun fəaliyyət göstərmir. Bütün bu halları nəzərə alaraq qanunvericilikdəki dəstək proqramlarının hazırlanması və tətbiqi məktəbəqədər təhsilin inkişafına ciddi töhfə verəcək”.

X.Həmidova əlavə olaraq vurğulayıb ki, bu kimi proqramlar yaxın illərdə məktəbəqədər təhsilə cəlbin artmasına mühüm dəstək olacaq: “Valideynlər bu müəssisələrə övladlarını etibar edirlər. Çünki burada təhsil, qayğı, tərbiyə və inkişaf birlikdə təqdim olunur. Bu müəssisələri heç bir alternativ qurum tam əvəz edə bilməz. Sadəcə olaraq, hazırda mövcud bağçaların yerləri tələbata uyğun deyil. Buna görə də alternativ modellərin bağçalarla rəqabətə deyil, tamamlayıcı rolda inkişaf etdirilməsi məqsədəuyğundur”.

Şərhlər

Xəbər lenti

23 iyul, 19:24

Təhsil proqramları mərhələli şəkildə təsdiqlənəcək

23 iyul, 17:10

Dual təhsil həyatını dəyişdi – Manikürçü idi, indi bölmə şefidir

23 iyul, 16:19

İkili diplom proqramları təhsilimizə nə vəd edir...

23 iyul, 15:34

Sabahdan magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna start verilir

23 iyul, 14:31

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu 

23 iyul, 14:14

BSU müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

23 iyul, 14:01

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

23 iyul, 13:50

İdris İsayev: İkili diplom proqramlarının tətbiqi universitetlərimizin reytinqlərdəki mövqeyini yüksəldəcək

23 iyul, 12:44

Abşeron–Xızı RTİ tabeliyindəki müəssisələrdə yoxlama: nöqsanlar aşkarlandı

23 iyul, 12:34

Sabahın hava proqnozu açıqlanıb

23 iyul, 12:22

Musiqi sənəti üzrə imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

23 iyul, 11:17

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

23 iyul, 10:25

Zəhmətin bəhrəsi: Qızıl nişanlı məzunlar danışırlar

23 iyul, 09:18

ADA Universiteti DİM balı ilə müraciət edənlərə hansı təqaüd imkanları yaradır?

23 iyul, 09:09

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıblar

22 iyul, 21:43

Prezident media nümayəndələrinə müraciət edib

22 iyul, 19:45

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

22 iyul, 17:49

Ali təhsildə “LinkedIn”dən istifadə imkanlarının artırılması müzakirə edilib

22 iyul, 17:10

6 ayda EATDA-ya 39 mindən çox müraciət daxil olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.