
Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri Gürcüstana səfərləri çərçivəsində iyunun 4-də bu ölkənin təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüblər.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Aleksandre Tsuladze deyib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq, dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də inkişafa töhfə verib. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycanın elm və təhsil nazirinin Gürcüstana səfəri gözlənilir. Sentyabr ayında isə Aleksandre Tsuladze təhsil məsələləri ilə əlaqədar Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov ölkəmizdə təhsil sahəsində həyata keçirilən irimiqyaslı layihələr, elmin inkişafı, eləcə də gənclər siyasəti barədə ətraflı məlumat veriblər.
İki ölkənin təhsil nazirlikləri və müvafiq komitələri arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bununla əlaqədar hər iki ölkədə müvafiq işçi qruplarının yaradılması məqsədəuyğun hesab edilib.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər