Bütün xəbərlər
25 aprel, 14:35

Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analizlər laboratoriyası İsrailin Hayfa Universitetinin Zinman Arxeologiya İnstitutu ilə əməkdaşlığa başlayıb. 

Artıq Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasının və Arxeologiya və Antropologiya İnsititutunun  əməkdaşları üçün Hayfa Universitetinin Arxeologiya departamentində bir həftəlik təlim-tərcümə proqramı təşkil edilib. İsrailin Regional Əməkdaşlıq Nazirliyinin maliyyələşdirdiyi təlim-təcrübə programı Hayfa Universitetinin Aşınma analiz laboratoriyası tərəfindən həyata keçirilib.

Qarabag Universitetinin Azıx arxeoloji arasdırmalar ve analizlər laboratoriyasının müdiri Əjdər Babazadənin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, ölkəmizdə muasir arxeoloji laboratoriya qurmaq üçün beynəlxalq təcrübəyə ehtiyac duyduqları zaman ilk əməkdaşlıq etdikləri arxeoloq alimlərdən biri Hayfa Universitetinin Aşınma izi laboratoriyasının qurucusu və rəhbəri Iris Groman-Yaroslavski olub. 

Ölkəmizdə ilk dəfə mikroskopik arxeoloji laboratoriyanın qurulması üçün Azərbaycan Elm Fondundan qrant alınıb. Laboratoriya bu ilin fevralında Qarabağ Universiteti ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış anlaşma memorandumu əsasında qurulub. 

Qarabağ Universitetində yaradılmış laboratoriyanın  məqsədləri müasir arxeologiya elmində tətbiq edilən mikro, metrik, rəqəmsal, texnoloji analizləri Azərbaycan arxeologiyasına gətirmək, Qarabağın zəngin tarixi-mədəni irsinin qorunmasına, təbliğinə və dünya elmi ictimaiyyətinə təqdim edilməsinə töhfə verməkdir. Əsas hədəf sadəcə Qarabağ bölgəsindən əldə edilən arxeoloji materialların mikro, makro, praktik, metrik analizlərinin həyata keçirilməsi deyil, eyni zamanda, qonşu və başqa ölkələrin arxeoloji materiallarını analiz edə biləcək potensiala sahib olmaqla regional və qlobal bir arxeoloji elmi mərkəzə çevrilməkdir: 

“200 illik arxeoloji araşdırma tarixində ilk dəfə Qarabağ Universitetində qurulan laboratoriya sadəcə ölkəmizdə deyil, Qafqazda bir ilkdir. Yaxın Şərqdə isə İsraildən sonra qurulan ikinci traseoloji laboratoriyadır. Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasının hədəflərindən biri  ən qısa zamanda bu sahədə global assosiasiya olan Arxeoloji İstifadənin Aşınma və Qalıq Analitiki Assosiasiyasına (AWRANA - Association of Archaeological Wear and Residue Analysts) üzv olmaq, dünyanın bu sahə üzrə 20 laboratoriyasından birinə çevirməkdir. 

Əjdər Babazadə qeyd edib ki, İsraildə təcrübədə olarkən müasir arxeologiya elmində tətbiq edilən texnoloji metod və ən yeni cihazlarla tanış olub, arxeoloji və eksperimental alətlər üzərində təcrübələr ediblər. Bu təcrübələr Azıx laboratoriyasında iş zamanı olduqca faydalı olacaq. 

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.