Bütün xəbərlər
19 iyun, 10:48

İyunun 18-dən başlayan müəllimlərin sertifikatlaşdırılma imtahanlarının təşkil olunduğu məkanlardan biri də Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbdir. 

“Azərbaycan müəllimi” dünən həmin mərkəzdə imtahanın gedişini yerində izləyib, müəllimlərlə həmsöhbət olub.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin sertifikatlaşdırma üzrə məsul əməkdaşı Nuranə Əlizadənin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, dünənki imtahanda Abşeron-Xızı regionu üzrə 156 təhsilverən sertifikasiya prosesinə cəlb olunub: "İmtahanda ilk dəfə sertifikatlaşdırmaya qatılan namizədlər iştirak ediblər. Burada, əsasən, Abşeron-Xızı və Şərqi Zəngəzur Təhsil idarələrinin tabeliyindəki  ümumtəhsil müəssisələrinin müəllimləri imtahan veriblər. Mart ayından artıq biz müəllimləri qeydiyyata salmağa başlamışıq. Ümumilikdə Abşeron-Xızı regionu üzrə iyunun 25-nə qədər 1339 təhsilverənin sertifikatlaşdırma imtahanında iştirakı nəzərdə tutulur". 

Saat 11-in olmasını gözləyirik. Müəllimlər bir-bir yerlərində əyləşirlər. İmtahan başlayır. Qarşısında 60 sual, ürəyində imtahan həyəcanı olan 156 müəllim diqqətini önündəki kompüterlərə yönəldir.

Saat yarımdan sonra tək-tək imtahan zalından çıxan müəllimlərə yaxınlaşırıq.

Simalarında sevinc və təbəssüm olan müəllimlər çox həyəcanlıdırlar.

Xoşbəxtlik hissi ilə 58 bal topladığını qeyd edən Zeynəb Əliyeva Masazır qəsəbə 6 nömrəli tam orta məktəbin riyaziyyat müəllimidir. Daha əvvəl Naxçıvan Muxtar Respublikasında işlədiyini və 12 illik pedaqoji staja malik olduğunu bildirən müəllim MİQ imtahanında 82,5 bal yığaraq hazırda işlədiyi məktəbə işə qəbul edilib.  Zeynəb müəllim sualların onun üçün çətin olmadığını, kurikulum bölməsində  müəllimlərin uşaqlarla gündəlik rəftarına aid sualların yer aldığını deyir. 

Elvin Şərbətov 14 ildir ki, Abşeron rayonu Səxavət Məmmədov adına Digah qəsəbə tam orta məktəbində fəaliyyət göstərdiyini bildirir. Sertifikasiya imtahanında  54 bal toplayan müəllim kurikuluma dair bəzi sualların cavablandırılmasında çətinlik çəkdiyini qeyd edir: "Müxtəlif vəsaitlərdən istifadə edərək sertifikatlaşdırma imtahanına hazırlaşmışam. İxtisasa aid suallar tam orta məktəb səviyyəsində idi. Məncə, həyəcan olmasa, hər bir şey uğurlu olar".

57 bal topladığını deyən Lamiyə Əkbərova 4 ildir ki, Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. Qeyd edir ki, sertifikasiya imtahanına yanvar ayından hazırlaşır:  "Çox sevincliyəm, yüksək nəticə göstərəcəyimi gözləyirdim. İxtisas sualları bir az çətin idi. Müəllimlərə tövsiyəm odur ki, çox güclü hazırlasınlar, çünki suallar çətin ola bilər".

Rüfət Qazi 50 bal topladığını və sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində riyaziyyat müəllimi işlədiyini söyləyir. MİQ yolu ilə bu məktəbə işə qəbul olunan müəllim imtahana hazırlıq prosesində məktəb proqramı ilə kifayətlənmədiyini, əlavə tapşırıqlar işlədiyini bildirir: "İmtahanda suallar məktəb proqramı əhatəsində olsa da, daha məntiqli idi. Yaxşı nəticə əldə etmək üçün daha çox çalışmaq, öz üzərində işləmək lazımdır".

1 /2

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.