Bütün xəbərlər
2 aprel, 14:33

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələrək, Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən ICESCO-nun baş qərargahında gənclər üçün 10 həftəlik beynəlxalq təcrübə proqramı elan edilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, təcrübə proqramı çərçivəsində bütün seçim mərhələlərini uğurla keçəcək iki iştirakçı ICESCO-nun ətraf mühit, sosial və humanitar elmlər istiqamətləri üzrə fəaliyyət göstərən bölmələrində beynəlxalq mütəxəssislərlə birgə çalışaraq dəyərli təcrübə qazanmaq imkanı əldə edəcək.

ICESCO-da təcrübə müddətində gənclər təşkilatın işi ilə, həmçinin İslam ölkələrinin dünya elmi və mədəniyyətinə töhfəsi ilə yaxından tanış olacaq, təşkilatın müvafiq bölmələrinin gündəlik fəaliyyətinin aparılmasına, həmin sahədə beynəlxalq əməkdaşlıqların qurulmasına və eyni zamanda ICESCO tərəfindən həyata keçirilən mühüm layihələrin icrasına öz töhfələrini verəcəklər.

Seçilmiş iştirakçıların səyahət, yaşayış və digər müvafiq xərcləri IDEA tərəfindən qarşılanacaq.

Təcrübə proqramı təşkilatın işçi dili olan ingilis dilində keçiriləcək.

Seçim meyarları aşağıdakılardır:

● Yaş: 18-29;

● Müvafiq sahələr üzrə təhsil alan tələbə və məzunlar (bakalavr, magistr və ya doktorantura pillələri);

● Dil bilikləri: ingilis (ICESCO-nun digər işçi dilləri üzrə biliklər üstünlük hesab olunacaqdır);

● Son müraciət vaxtı aprelin 15-dəkdir.

Qeyd edək ki, ICESCO üzv dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı, bilik və təcrübə mübadiləsini, eləcə də humanitar dialoqu təşviq edən beynəlxalq hökumətlərarası təşkilatdır. 1979-cu ildə əsası qoyulmuş həmin qurum İslam dünyasının zəngin mədəni irsinin qorunması və dünya miqyasında tanıdılması üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirir.

Ətraflı məlumat və müraciət üçün: https://forms.gle/NAXfPQAjobDq7ZwF6

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.