Bütün xəbərlər
6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.

İmtahanda 41484 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube”da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.

İyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.